Prayk
Biznes Analitik — Maliyyə, Bakı
Kelishiladi

Biznes Analitik

TekshirilganKecha
ShaharBakı
KategoriyaMoliya

№6335089·Koʻrishlar: 18

Tavsif

Vəzifə haqqında Biznes proseslərinin təhlili, əməliyyat fəaliyyətinin qiymətləndirilməsi və biznesin effektivliyinin artırılması istiqamətində çalışacaq analitik düşüncəyə malik Biznes Analitik axtarırıq.Namizəd mövcud biznes proseslərini təhlil etməli, təkmilləşdirmə imkanlarını müəyyənləşdirməli, biznes tələblərini düzgün formalaşdırmalı və məlumatlara əsaslanan həllər təklif etməlidir. Əsas vəzifə öhdəlikləriMövcud biznes proseslərinin, iş axınlarının və əməliyyat fəaliyyətinin təhlil edilməsi;Biznes proseslərində mövcud problemlərin və təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi;Müxtəlif struktur bölmələrindən biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik araşdırmaların aparılması;Bazar, sektor və rəqib təhlillərinin həyata keçirilməsi;Analitik hesabatların, təqdimatların və idarəetmə üzrə təkliflərin hazırlanması;Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqinin aparılması;Biznes proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək biznes ehtiyaclarının müəyyənləşdirilməsi;Həyata keçirilən dəyişikliklərin və təklif olunan həllərin effektivliyinin qiymətləndirilməsi. Tələblər: Tələblər·       Ali təhsil;·       Analitik və tənqidi düşünmə, problem həll etmə bacarığı;·       MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;·       Power BI, Tableau və digər analitik alətlər üzrə biliklər üstünlükdür;·       Məlumatların təhlili, nəticələrin şərhi və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı;·       Hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;·       Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;·       Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək; ingilis dili biliyi minimum B2. Təklif edirik ·       Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;·       Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;·       Strateji biznes qərarlarının hazırlanmasında iştirak imkanı;·       Peşəkar və əməkdaşlığa əsaslanan iş mühiti;·       Maraqlı və inkişafyönümlü layihələrdə iştirak. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Rəhbər Şirkət: HeadStart Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/headstart/headstart-biznes-analitik-26039216/apply
REKLAMA