Prayk
BMW 5 Series, 2 L, 2016 yil, 188 000 km 77-FA-191 — Avtomobillər, Bakı
30 000 ₼

BMW 5 Series, 2 L, 2016 yil, 188 000 km

Koʻpchilik oʻxshash eʼlonlardan qimmatroq
18 ta oʻxshash eʼlonning oʻrtacha narxi 8 500 ₼ — bu eʼlon taxminan 22 000 ₼ (253%) qimmatroq.
Bu eʼlon
arzonroqkoʻpchilik oʻxshash eʼlonlarqimmatroq
Koʻpchilik oʻxshash eʼlonlar shu oraliqda: 2 250 ₼ – 13 250 ₼
Sotuvchiga 8 500 ₼ taklif qilishingiz mumkin — bu taxminan oʻxshash eʼlonlarning oʻrtacha narxi.
49Eʼlon bahosiZaif taklif100 dan 49 — narx, eʼlon tarixi va sotuvchi maʼlumotlari asosida.Baho qanday hisoblanishini koʻrish
SotiladiTahlil qilinganIshlatilgan2 hafta oldin
Shahar
Bakı
Kategoriya
Avtomobillar
Davlat raqami
77-FA-191 (77FA191)
Марка
BMW
Модель
5 Series
Год выпуска
2016 il
Пробег
188000 km
Объём двигателя
2 L
Коробка передач
Автомат
Кузов
Седан
Цвет
Серый
Тип топлива
Бензин
Мощность двигателя
245 a.g.
Привод
Полный
Количество мест
5
Не битый
Ha
Не крашеный
Ha
Sana
Koʻrishlar
20
Raqam
№4009521

Tavsif

Avtomobil tam dolu, yüksək komplektasiyalı BMW F10-dur. Maşın Amerikadan gətirilib, lakin bir çox ABŞ avtomobilindən fərqli olaraq qəzalı olmayıb. VIN kodu təqdim ediləcək və tarixçəsini yoxlamaq mümkündür. Avtomobil gələndə yalnız xırda kosmetik cızıqları olub, onlar da peşəkar boya ustası tərəfindən səliqəli şəkildə aradan qaldırılıb. Vuruq, əzik və ciddi kuzov zədəsi olmayıb. Azərbaycanda təxminən 1 ildir istifadə olunur və cəmi 6 000 km sürülüb. Bu müddət ərzində Azərbaycanda da heç bir qəzası olmayıb. Əsasən iş–ev rejimində, səliqəli və sakit istifadə edilib. Mühərrik yağı yeni dəyişdirilib, avtomobil hazırda əlavə xərc tələb etmir. Bu F10-un seçilən üstünlüklərindən biri də 4 düymə funksiyasıdır. F10-larda az rast gəlinən bu komplektasiya avtomobilin həm funksionallığını, həm də premium səviyyəsini artırır. Avadanlıq və üstünlüklər: - Adaptiv ön faralar - Harman/Kardon premium səs sistemi - 360° kamera sistemi - Eco Pro / Comfort / Sport / Sport+ sürüş rejimləri - Baqajın ayaq jesti ilə açılması - Ön oturacaqlarda massaj funksiyası - Ön və arxa oturacaqların qızdırılması - Head-Up Display - Kor nöqtə xəbərdarlığı - Park və manevr sensorları - Zolaqda saxlama köməkçisi - Toqquşma riskində avtomatik əyləcləmə - Piyadaların qorunması sistemi - Ambiyans işıqlandırma - 20-lik paket disklər və təkərlər - Sürətlər qutusu ideal vəziyyətdədir - Sep başmağı yenilənib - Mühərrik yağı yeni dəyişdirilib Ümumilikdə avtomobil zövqlə yığılmış, çox səliqəli saxlanılmış və zəngin komplektasiyalıdır. Həm texniki, həm də kosmetik vəziyyəti çox yaxşıdır. Qəzalı deyil, əlavə xərc tələb etmir və nadir funksiyalara sahibdir. xDrive barədə Azərbaycanda müəyyən fikir var ki, guya çox xərc çıxarır və tez-tez problem yaradır. Amma əslində xDrive bütün dünyada BMW-nin uzun illərdir istifadə etdiyi, yol tutuşunu və təhlükəsizliyi ciddi şəkildə artıran bir sistemdir. Xüsusilə yağışlı havada, sürüşkən yolda və yüksək sürətdə avtomobili daha stabil saxlayır. Mən özüm bu avtomobili 1 ildir xDrive ilə sürürəm və bu sistemlə bağlı heç bir problem yaşamamışam. Yanacaq sərfiyyatı da düşünüldüyü qədər yüksək deyil şəhər içində təxminən 11–12 litr/100 km civarındadır. Yəni saz və vaxtında qulluq olunan xDrive qorxulacaq sistem deyil, əksinə avtomobilin əsas üstünlüklərindən biridir.
REKLAMA
WhatsApp