
6
Brend Menecer

Kelishiladi
Brend Menecer
TekshirilganBugun
Sana
Koʻrishlar6
Raqam№4607568
Tavsif
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA brendinin dəyərinin və tanınmasının artırılması, yeni marketinq və kommersiya imkanlarının yaradılması, sponsor və tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də AFFA-nın UEFA və FIFA ilə marketinq istiqamətində əlaqələrinin effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün Brend Menecer vəzifəsinə peşəkar namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri:
AFFA-nın brend strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, brendin inkişafını və vahid mövqeləndirilməsini təmin etmək;
AFFA Brand Book və korporativ identikliyin bütün kommunikasiya kanallarında və layihələrdə düzgün tətbiqinə nəzarət etmək;
AFFA-nın milli komandaları, yarışları, layihələri və yeni məhsulları üçün brend və marketinq konsepsiyalarının hazırlanmasını idarə etmək;
Yeni marketinq və kommersiya məhsulları, layihələri və təşəbbüsləri irəli sürmək və onların hazırlanmasında iştirak etmək;
AFFA-nın sponsorları və tərəfdaşları ilə marketinq, brendinq və aktivasiya layihələri üzrə əməkdaşlıq etmək;
Sponsorluq paketləri, kommersiya təklifləri, təqdimatlar və digər marketinq materiallarının hazırlanmasında iştirak etmək;
Sponsor və tərəfdaşların AFFA brendinə inteqrasiyasını və müqavilə üzrə marketinq aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;
Marketinq kampaniyalarının, kreativ layihələrin və brend aktivliklərinin hazırlanması və icrasında iştirak etmək;
UEFA, FIFA və digər beynəlxalq futbol təşkilatları ilə marketinq, kommersiya, brendinq və futbolun inkişafı istiqamətində əməkdaşlıq etmək;
UEFA və FIFA-nın beynəlxalq təcrübəsini, proqramlarını və yeni imkanlarını araşdıraraq AFFA üçün uyğun təşəbbüslər irəli sürmək;
Rəhbərlik üçün marketinq və kommersiya təqdimatları, konsepsiyalar, hesabatlar və təkliflər hazırlamaq;
Yerli və beynəlxalq bazarda marketinq, sponsorluq, brendinq və fan engagement trendlərini izləmək və yeni imkanlar müəyyənləşdirmək;
Marketinq Departamentinin digər istiqamətləri ilə sıx əməkdaşlıq edərək layihələrin koordinasiyasını və effektiv icrasını təmin etmək;
Tabeliyində olan əməkdaşların və layihə komandalarının işini koordinasiya etmək və zəruri hallarda onlara metodoloji dəstək göstərmək;
Brend və marketinq layihələri üzrə büdcənin planlaşdırılmasında və effektiv istifadəsinə nəzarətdə iştirak etmək.
Namizədə tələblər:
Ali təhsil;
Marketinq, brend menecmenti, kommersiya və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;
Brend strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
Marketinq və kommersiya layihələrinin idarə olunması üzrə praktiki təcrübə;
Sponsorlar və biznes tərəfdaşları ilə əməkdaşlıq və danışıqlar aparmaq bacarığı;
Təqdimatların, kommersiya təkliflərinin və layihə konsepsiyalarının yüksək səviyyədə hazırlanması;
Kreativ düşüncə və yeni ideyalar irəli sürmək qabiliyyəti;
Yüksək səviyyədə ingilis dili biliyi;
Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
MS Office proqramları, xüsusilə PowerPoint və Excel üzrə yaxşı istifadə bacarığı;
Üstünlük hesab olunur:
İdman, futbol və ya sponsorluq sahəsində iş təcrübəsi;
UEFA, FIFA və ya digər beynəlxalq idman təşkilatları ilə iş təcrübəsi;
İş şəraiti:
Peşəkar və inkişafyönümlü iş mühiti;
İş qrafiki: 5 günlük iş həftəsi, həftədə 40 saat;
Vəzifənin xüsusiyyətindən irəli gələrək tədbirlər, oyunlar və digər layihələr zamanı iş saatlarında çeviklik tələb oluna bilər;
Uyğun namizədlərdən CV-lərini “Brend Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur.
Son müraciət tarixi: 14.11.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© AFFA jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA












