Prayk

CAD Designer / Draftsman – Təcrübəçi

500 ₼
Tekshirilgan2 kun oldin
Shahar
Bakı
Kategoriya
Dizayn
Sana
Koʻrishlar
1
Raqam
№4116945

Tavsif

Ümumi vəzifə öhdəlikləri: AutoCAD proqramında 2D texniki çertyojların hazırlanmasına dəstək vermək; Mövcud detalların ölçülərinin götürülməsi və çertyojda əks etdirilməsi; Sadə 3D modellərin hazırlanmasına dəstək olmaq; İstehsalat üçün texniki çertyoj və sənədlərin hazırlanmasında iştirak etmək; Reverse Engineering layihələrində iştirak etmək; Çertyojların ölçü, material və texniki tələblərə uyğun hazırlanmasına dəstək vermək; Çertyojların düzgün şəkildə kodlaşdırılması və arxivləşdirilməsində iştirak etmək; Production Engineer və istehsalat komandası ilə koordinasiyalı işləmək. Namizədə qarşı tələblər: Universiteti yeni bitirmiş və ya son kurs tələbəsi; Mexanika, maşınqayırma, mühəndislik və ya əlaqəli ixtisas üzrə təhsil; AutoCAD proqramı üzrə baza bilikləri; MS Office proqramlarından (Excel, Word, PowerPoint) istifadə bacarığı; Texniki çertyojları oxumaq və anlamaq bacarığı üstünlükdür; SolidWorks, Inventor və ya digər CAD proqramları üzrə bilik üstünlükdür; Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü şəxs; Komanda işi və əməkdaşlıq bacarığı; Diqqətli və detallara önəm verən yanaşma. Təklif edilən şərtlər: İş rejimi: 5 günlük İş vaxtı: 09:00 – 18:00 Nahar vaxtı: 13:00 – 14:00 İstirahət günləri: şənbə, bazar Əmək haqqı: 500 AZN Təcrübə müddəti: 3–6 ay (performansa əsasən dəyərləndirilir) Əlavə faydalar: Rəsmi əmək müqaviləsi Peşəkar təlim və mentor dəstəyi Real istehsalat layihələrində iştirak imkanı Uğurlu performans əsasında daimi iş imkanı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/197371/cad-designer-draftsman-tecrubeci

Oʻxshash eʼlonlar