Prayk
Data Arxitektor — Sənaye, istehsal, Bakı
Kelishiladi

Data Arxitektor

Tahlil qilinmoqdaBugun
Shahar
Bakı
Sana
Koʻrishlar
7
Raqam
№5318037

Tavsif

Rəqəmsal Hökumət Arxitekturasının formalaşdırılması çərçivəsində məlumat arxitekturasının (Data Architecture) hazırlanması və inkişaf etdirilməsi; Dövlət informasiya sistemləri və rəqəmsal platformalar üzrə mövcud (AS-IS) və hədəf (TO-BE) məlumat arxitekturasının təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi; Dövlət informasiya sistemləri arasında məlumatların idarə olunmasına, saxlanılmasına, paylaşılmasına və istifadəsinə dair vahid memarlıq prinsiplərinin, standartların və metodoloji yanaşmaların hazırlanması; Məlumat arxitekturası üzrə konsepsiyanın, inkişaf strategiyasının və mərhələli tətbiq planının hazırlanması və aktuallaşdırılması; Məlumat arxitekturasının Korporativ Arxitektura (Enterprise Architecture) çərçivəsinə uyğunlaşdırılması və digər memarlıq domenləri ilə əlaqələndirilməsi; Rəqəmsal Hökumət Arxitekturası çərçivəsində məlumat arxitekturasının konseptual və məntiqi səviyyədə modelləşdirilməsi, informasiya sistemləri arasında məlumat asılılıqlarının və məlumat axınlarının arxitektura baxımından təhlili və hədəf arxitektura həllərinin formalaşdırılması; Dövlət informasiya sistemləri arasında məlumatların təkrarlanması, uyğunsuzluğu, parçalanması və izolyasiyası ilə bağlı problemlərin müəyyənləşdirilməsi və optimallaşdırma təkliflərinin hazırlanması. Standartların müəyyən edilməsi: Dövlət qurumları üzrə məlumatların idarə edilməsi (Data Governance), məlumat keyfiyyəti, metadataların idarə edilməsi və normativ tələblərə uyğunluq sahələrində standartların, siyasətlərin və qaydaların müəyyən edilməsi və onlara riayət olunmasının təmin edilməsi. Dövlət informasiya sistemləri arasında məlumat mübadiləsinin və inteqrasiya mexanizmlərinin memarlıq baxımından qiymətləndirilməsi; API, ETL/ELT, CDC, event-driven architecture və digər məlumat inteqrasiyası yanaşmalarının tətbiqi üzrə memarlıq tələblərinin müəyyənləşdirilməsi; Məlumat anbarları (Data Warehouse), Data Lake, Data Lakehouse, məlumat kataloqları, məlumat reyestrləri və Data Product yanaşmaları üzrə həllərin qiymətləndirilməsi; Rəqəmsal Hökumət Arxitekturasının əsas komponentləri, o cümlədən məlumat mübadiləsi platformaları və dövlət reyestrləri arasında məlumatların əlaqələndirilməsi üzrə memarlıq təkliflərinin hazırlanması; Məlumat təhlükəsizliyi, fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə olunması və audit tələblərinin məlumat arxitekturasına inteqrasiyası. Dövlət qurumlarının Rəqəmsallaşma üzrə Diaqnostikası (DMA) və informasiya sistemlərinin qiymətləndirilməsi (İSQ) proseslərində məlumat arxitekturası üzrə ekspert kimi iştirak; Yeni informasiya sistemlərinin yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə memarlıq həllərinin qiymətləndirilməsi; Qiymətləndirmə nəticələri əsasında memarlıq rəylərinin, tövsiyələrin və təkmilləşdirmə tədbirlərinin hazırlanması; Dövlət qurumlarının rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsinin monitorinqində iştirak;Dövlət qurumlarına məlumat arxitekturası və məlumatların idarə edilməsi məsələləri üzrə metodoloji və əməli dəstəyin göstərilməsi; Dövlət qurumları, texniki komandalar, biznes nümayəndələri və digər maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi; Müvafiq beynəlxalq təcrübələrin, standartların və texnoloji tendensiyaların araşdırılması; Görülmüş işlər üzrə hesabatların, təqdimatların və analitik materialların hazırlanması; Müvafiq işçi qruplarında, görüşlərdə və texniki müzakirələrdə iştirak. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Digər Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-data-arxitektor-24588902/apply
REKLAMA