Prayk

Daxili təmir-tamamlama işləri üzrə menecer (Ağdərə)

Kelishiladi
TekshirilganBugun

№6314167·Koʻrishlar: 5

Tavsif

Vəzifə öhdəlikləri: Layihə çərçivəsində daxili təmir-tamamlama işlərinin ümumi idarə edilməsini və icrasına nəzarəti həyata keçirmək; Təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə və texniki tələblərə uyğun olaraq işlərin planlaşdırılmasını və təşkilini təmin etmək; Təmir-tamamlama işləri üzrə iş planlarının, icra qrafiklərinin və prioritetlərin müəyyən edilməsini təşkil etmək; Tabeliyində olan əməkdaşların, sahə mühəndislərinin, briqadaların və podratçı təşkilatların fəaliyyətini idarə etmək və koordinasiya etmək; Layihə üzrə müəyyən edilmiş müddət, büdcə və keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək; Görülən işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara və müvafiq tikinti standartlarına uyğunluğunu təmin etmək; İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemləri qiymətləndirmək, operativ qərarlar qəbul etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək; Material, texnika, əmək resursları və digər zəruri resursların səmərəli planlaşdırılmasını və istifadəsini təşkil etmək; Material sifarişlərinin, sərfiyyatın və görülən iş həcmlərinin nəzarətdə saxlanılmasını təmin etmək; Podratçıların iş həcmlərini, icra müddətlərini və müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək; Layihə üzrə texniki sənədlərin, görülmüş işlərin aktlarının, hesabatların və digər icra sənədlərinin hazırlanmasını və yoxlanılmasını təşkil etmək; Layihə dəyişikliklərinin qiymətləndirilməsində, razılaşdırılmasında və icrasının təşkilində iştirak etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək; Layihənin icra vəziyyəti, qarşıya çıxan risklər, görülmüş işlər və növbəti mərhələlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; İş proseslərinin optimallaşdırılması və layihənin səmərəli icrası istiqamətində təkliflər vermək. Namizədə dair tələblər: İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil; Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi; Müvafiq sahə üzrə ən azı 2-3 il idarəetmə və ya rəhbər vəzifədə iş təcrübəsi; Daxili təmir-tamamlama işlərinin texnologiyaları, mərhələləri və icra ardıcıllığı üzrə mükəmməl bilik; Tikinti layihələrinin idarə edilməsi, planlaşdırılması və icrasına nəzarət sahəsində praktiki təcrübə; Layihə sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və smeta sənədlərini oxuma və təhlil etmə bacarığı; İş qrafiklərinin hazırlanması, resursların planlaşdırılması və iş həcmlərinin idarə edilməsi bacarığı; Podratçıların, texniki heyətin və işçi qruplarının idarə edilməsi və koordinasiyası təcrübəsi; Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və əməyin mühafizəsi üzrə biliklər; MS Office proqramlarında sərbəst işləmək bacarığı, AutoCAD və MS Project bilikləri üstünlükdür; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis dili biliyi üstünlükdür; Liderlik, təşkilatçılıq, analitik düşünmə və effektiv kommunikasiya bacarıqları; Operativ qərarvermə, problem həll etmə və komandanı idarəetmə bacarığı; Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208287/daxili-temir-tamamlama-isleri-uzre-menecer-agdere
REKLAMA