Prayk

Digital specialist

1 000 ₼
Tekshirilgan1 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
3
Raqam
№4724796

Tavsif

Vəzifə öhdəlikləri: Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının öyrənilməsi; Rəqəmsal mühitdə irəliləmə strategiyasının hazırlanması; Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.); SEO/SEM optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər); Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və s.); Françayzerlərin brend qaydalarına riayət olunması; Sayt trafikinin artırılması strategiyalarının hazırlanması; Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin (birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması; Abunəçi və izləyici sayının artırılması strategiyalarının hazırlanması; Reklam kampaniyalarının optimallaşdırılması; Digital bazarın və texnologiyaların monitorinqi; Biznes üçün yeni həllər və alətlərin təklif olunması; Marketinq strategiyasının və marketinq planının hazırlanması; Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi. Tələblər: Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş təcrübəsi; Rus və ingilis dillərini bilmək üstünlükdür; E-commerce (elektron ticarət) sahəsində praktiki təcrübə; SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə biliklər; Excel proqramını yüksək səviyyədə bilmək; Böyük həcmli məlumatlarla işləmək bacarığı; Diqqətlilik, məsuliyyətlilik, kreativlik və nəticəyönümlülük; İşini müstəqil planlaşdırmaq və nəticəyə görə məsuliyyət daşımaq bacarığı; Çoxsaylı tapşırıqlar şəraitində komanda ilə işləmək bacarığı. Şərtlər: Əmək haqq: 1000 AZN; Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; İş qrafiki: 08:00–17:00, həftədə 5 iş günü. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/199238/digital-specialist
REKLAMA