Prayk
Elektrik — Sənaye, istehsal
Kelishiladi

Elektrik

TekshirilganBugun
Sana
Koʻrishlar
8
Raqam
№4880994

Tavsif

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 69 M "Lallemand" Qrupuna daxil olan "AZERMAYA" MMC Azərbaycanda çörəkçilik mayasının yeganə istehsalçısı və regional qida sənayesinə mühüm töhfə verən müəssisədir. Yerli təcrübəni "Lallemand"ın qlobal bilik və bacarıqları ilə birləşdirən şirkət, beynəlxalq standartlara cavab vermək məqsədilə həm ixrac coğrafiyasını genişləndirməyə, həm də istehsalat müəssisələrini modernləşdirməyə davam edir. Bu vəzifədə əsas öhdəliklər: Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi; Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi; Manometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi; Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərrik-lərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələn-mələrin aşkar edilməsi və aradan qaldırılması; Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi; Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lümi-nissentli çıraqların qurulması. Aşağıdakıları bilməlidir: Xidmət edilən sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin, transformatorların, paylaşdırıcı qurğu aparatlarının, elektrik şəbəkəsi və elektrik cihazlarının, qoruyucuların, kontaktorların, akkumulyatorların, statistik kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin və s. quruluşunu; Yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi fəndini və üsullarını; Rele mühafizəsinə qoyulan tələbləri; Elektrik şəbəkəsində, elektrik maşınının işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; Sönən reostatların, avtotransformatorların, yarımavtomatla idarə olunan elektrik xətlərinin iş prinsipini; Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini; Universal və xüsusi ləvazimatın quruluşunu; Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu; Əməyin qorunması qayda və normaları, təhlükəsizliyin, istehsal sanitariya və şəxsi gigiyena, yanğına qarşı təhlükəsizlik qaydaları. Əlavə məlumatlar: Bu vəzifəni tutan şəxs kimə hesabat verməlidir: Birbaşa Baş energetika İş yeri: İstehsalat ərazisi; İş vaxtı: hal-hazırda 2 növbəli iş rejimi: 1-ci növbə 08:00-200:00, nahar 1 saat(12:00-13:00); 2-ci növbə 20:00-08:00, nahar etmək üçün şərait yaradılır (nahar verilir) Ailə vəziyyəti: Fərq etməz Xarici dil bilikləri: Ehtiyac yoxdur Təhsili: Peşə (Texniki, elekrik üzrə) İdealda hansı vərdişə malik olurlar? Diqqətli, məsuliyyətli və peşəkar Hansı iş stajına (səriştəyə) malik şəxslərə üstünlük verilir? 2-3 illik istehsalat təcrübəsi Bu vəzifədə hansı keyfiyyət və qabiliyyət tələb olunur (davranış, xarakter xüsusiyyətləri)? Stressə davamlı, kollektivdə işləmək qabiliyyəti Hansı distribütor şirkətlərdən və ya tərəfdaş şirkətlərdən namizəd seçilməsini tövsiyə etmisiniz? Zavod və ya fabrikda işləyən Namizəd ilə müsahibə keçirilməsi proseduru? İlkin tanışlıq HR müdiri ilə, 1-ci müsahibə Baş energetik və Texniki şöbənin müdiri ilə, 2-ci müsahibə Baş direktor ilə Namizədin yaş həddi: 50-55 yaşdan yuxarı olmamaq şərti ilə Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.11.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© AzerMaya MMC jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp