Prayk

Elektrik və avtomatlaşdırma üzrə mühəndis

1 500 ₼
Tekshirilgan3 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
9
Raqam
№3537129

Tavsif

Elektrik mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili; Bina daxili elektrik sistemləri üzrə praktiki təcrübə; Elektrik, işıqlandırma və zəif axın sxemlərini oxuma bacarığı; Avtomat, kontaktor, rele, elektrik lövhəsi və qoruyucu avadanlıqlar barədə bilik; Kabel seçimi və elektrik yükü hesablamalarını bilməsi; Zəif axın, yanğın siqnalizasiya, CCTV və şəbəkə kabelləşməsi üzrə anlayış; Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı. Üstünlük veriləcək AutoCAD proqramında elektrik sxemləri ilə işləmə bacarığı; Tikinti və ya obyektlərin elektrik montajı sahəsində iş təcrübəsi; Elektrik və zəif axın sistemlərinin həm layihələndirilməsi, həm də montajında təcrübə. Bina daxili elektrik və işıqlandırma sxemlərinin hazırlanması və qurulması; Elektrik xətlərinin layihəyə uyğun çəkilməsi və montajına nəzarət; Elektrik lövhələrinin, avtomat açarların, qoruyucu avadanlıqların seçilməsi və quraşdırılması; Kabel kəsiklərinin, elektrik yüklərinin və güc tələbatının hesablanması; Güc və işıqlandırma kabellərinin çəkilməsi; Zəif axın sistemlərinin kabel infrastrukturlarının qurulması; Yanğın siqnalizasiya sistemlərinin kabel çəkilişi və montajı; CCTV, internet, telefon, girişə nəzarət və digər zəif axın sistemlərinin qurulması; Elektrik və zəif axın sxemlərinin oxunması və işlərin həmin sxemlərə uyğun həyata keçirilməsi; Görülmüş işlərin yoxlanılması, test edilməsi və istismara hazırlanması; Obyektdə elektrik təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət. Əmək haqqı: 1200-1500 AZN
REKLAMA