Prayk

Elektro-Mexanik (Pivot Suvarma Sistemləri üzrə)

1 500 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№2442466

Tavsif

Vəzifə öhdəlikləri * Pivot suvarma sistemlərinin elektrik, elektronika və mexaniki hissələrinin quraşdırılması, sazlanması, texniki xidməti və təmirinin həyata keçirilməsi; * Elektrik, mexaniki və avtomatlaşdırma sistemlərində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması; * Nasosxanaların, mühərriklərin, reduktorların, idarəetmə panellərinin və digər avadanlıqların istismarı, texniki baxışı və təmirinin həyata keçirilməsi; * Profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi; * Pivot suvarma sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi; * Elektrik sxemlərinin, texniki sənədlərin və avadanlıq üzrə təlimatların oxunması və tətbiqi; * Regionlarda və layihə sahələrində quraşdırma, sazlama, servis və texniki dəstək işlərinin həyata keçirilməsi; * Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi. ## Tələblər * Elektro-mexanika, elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili; * Elektro-mexanik vəzifəsində minimum 3 il iş təcrübəsi; * Elektrik sistemləri, mexanika və nasosxana avadanlıqları üzrə praktiki bilik və təcrübə; * Elektrik sxemlərini və texniki sənədləri oxuma bacarığı; * Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini minimum texniki səviyyədə bilmək; * B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir; * Daimi, uzunmüddətli yerli və beynəlxalq ezamiyyətlərdə işləməyə hazır olmaq; * Məsuliyyətli, intizamlı, operativ və komandada işləmək bacarığı. ## Üstünlük veriləcək namizədlər * Pivot suvarma sistemləri üzrə iş təcrübəsinə malik olanlar; * Elektronika sahəsində bilik və təcrübəsi olanlar; * IoT (Internet of Things) sistemləri, uzaqdan monitorinq və idarəetmə həlləri üzrə biliklərə malik olanlar; * Sensorlar, telemetriya sistemləri, GSM/GPRS əsaslı avadanlıqlar və sənaye avtomatlaşdırılması ilə iş təcrübəsi olanlar; * PLC, SCADA və digər avtomatlaşdırma sistemləri üzrə biliklərə malik olanlar. İş şəraiti * İş əsasən regionlarda yerləşən kənd təsərrüfatı və sənaye obyektlərində həyata keçirilir; * Namizədin daimi yerli və xarici ezamiyyətlərdə işləməyə hazır olması vacibdir; * Rəqabətli əməkhaqqı və peşəkar inkişaf imkanları təqdim olunur.
REKLAMA