Prayk

Əməliyyatçı mühasib

700 ₼
TekshirilganBugun
KategoriyaMoliya

№6410284·Koʻrishlar: 7

Tavsif

Qalacıq Şərab komandası üçün məsuliyyətli, rəqəmlərlə dəqiq işləməyi bacaran və peşəkar inkişafa açıq Əməliyyatçı mühasib axtarırıq. Vəzifə öhdəlikləri: Şirkətin mühasibatlığının aparılması və gündəlik əməliyyatların real vaxt rejimində icrası; Əməliyyatların daxili uçot sisteminə daxil edilməsi (Odoo ERP biliklərinə üstünlük verilir); Müqavilələrin hazırlanması və sənədləşmə işlərinin sistemli aparılması; Gündəlik satışlarla bağlı E-qaimələrin və müvafiq sənədlərin hazırlanması; Müxtəlif daxili və xarici maliyyə hesabatlarının hazırlanması; Aylıq və dövri vergi, eləcə də statistika hesabatlarının hazırlanaraq müvafiq qurumlara vaxtında göndərilməsi; Namizədə tələblər: Müvafiq sahə üzrə ali və ya orta-ixtisas təhsili; Daxili proqram olaraq Odoo ilə işləmə bacarığına üstünlük verilir; Sənədləşmə, hesabatlılıq və rəqəmlərlə dəqiq işləmə bacarığı; E-taxes.gov.az və digər dövlət portalları ilə işləmə təcrübəsi; MS Office proqramlarından (xüsusilə Excel) yaxşı səviyyədə istifadə bacarığı; Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı. İş şəraiti: Əmək haqqı: 700 AZN İş qrafiki: Bazar ertəsi – Cümə 09:00–18:00, Şənbə 09:00–15:00 İş yeri: Qalacıq, İsmayıllı Rəsmi əmək müqaviləsi. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208659/emeliyyatci-muhasib
REKLAMA