
Əməliyyatlar üzrə mütəxəssis - Сustomer care

Kelishiladi
Əməliyyatlar üzrə mütəxəssis - Сustomer care
Tekshirilgan2 hafta oldin
Sana
Raqam№3022927
Tavsif
Namizəd müştəri müraciətlərinin idarə olunması, ödəniş əməliyyatlarının monitorinqi, refund və chargeback sorğularının icrası, eləcə də banklar, processing mərkəzləri və tərəfdaşlarla əməliyyat proseslərinin koordinasiyasında iştirak edəcək.
Əsas vəzifələr
Müştərilərdən daxil olan sorğu, müraciət və şikayətlərin qəbul edilməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;
Ödəniş əməliyyatlarının statusunun yoxlanılması və nəticələrin müştərilərə təqdim edilməsi;
Processing mərkəzləri, issuer banklar və digər tərəfdaşlarla ödəniş əməliyyatları üzrə işgüzar yazışmaların aparılması;
Refund, chargeback və digər ödəniş sorğularının idarə olunması və hesabatların hazırlanması;
Texniki və əməliyyat problemlərinin təhlil edilməsi, aidiyyəti komandalarla koordinasiya olunaraq həll prosesinin izlənilməsi;
Müştəri məmnuniyyəti və müraciətlər üzrə statistik məlumatların hazırlanması və müvafiq hesabatların aparılması;
SLA çərçivəsində sorğuların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.
Tələblər
Ali təhsil;
Müştəri müraciətləri və şikayətlərlə işləmək bacarığı;
Ödəniş əməliyyatları, bank prosesləri, refund və chargeback üzrə ilkin bilik;
Analitik düşünmə, detallara diqqət və problem həll etmə bacarığı;
MS Office və informasiya sistemlərindən istifadə bacarığı;
Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir;
İngilis dili biliyi arzuolunandır.
Təcrübə
Bank, fintech, ödəniş sistemləri, müştəri xidməti və ya əməliyyat sahəsində iş təcrübəsi
arzuolunandır.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 24.10.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© YIĞIM Payment Services jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
Oʻxshash eʼlonlar















