Prayk

Erqoterapevt

Kelishiladi
TekshirilganBugun

№6410281·Koʻrishlar: 6

Tavsif

Vəzifə öhdəlikləriUşaqların gündəlik həyat, motor və sensor bacarıqlarının qiymətləndirilməsini həyata keçirmək;Uşaqların fərdi ehtiyaclarına uyğun terapiya məqsədlərini və müdaxilə planlarını hazırlamaq;Fərdi və zərurət olduqda kiçik qrup şəklində erqoterapiya məşğələləri keçirmək;İncə və kobud motor bacarıqlarının, əl-göz koordinasiyasının və funksional hərəkətlərin inkişafını dəstəkləmək;Geyinmə, qidalanma, şəxsi gigiyena və digər özünəxidmət bacarıqlarının formalaşdırılması üzərində işləmək;Uşaqların sensor ehtiyaclarını nəzərə alaraq gündəlik fəaliyyətlərə uyğunlaşmasını dəstəkləmək;Uşaqların inkişaf dinamikasını izləmək, məşğələ qeydlərini və müvafiq hesabatları hazırlamaq;Valideynlərə uşaqların gündəlik həyat bacarıqlarının inkişafı ilə bağlı praktik tövsiyələr vermək;Pedaqoji və terapevtik komandanın digər üzvləri ilə birgə fərdi inkişaf məqsədlərinin həyata keçirilməsində iştirak etmək;Terapiya prosesində uşaqların təhlükəsizliyini, etik davranış və məxfilik prinsiplərini təmin etmək.TələblərErqoterapiya (Occupational Therapy) üzrə ali təhsil və ya müvafiq peşə ixtisası;Uşaqlarla işləməyə maraq və fərdi inkişaf ehtiyaclarına həssas yanaşma;Uşaqların motor, sensor və gündəlik həyat bacarıqlarının inkişafı barədə nəzəri biliklər;Fərdi terapiya planlarının hazırlanması və tətbiqi üzrə bilik və bacarıqlar;Güclü müşahidə, ünsiyyət və komanda ilə işləmək bacarığı;Səbirli, empatik, məsuliyyətli və təşəbbüskar olmaq;Yeni metodları öyrənməyə və peşəkar inkişaf etməyə açıq olmaq;Uşaqların təhlükəsizliyi və məxfiliyi ilə bağlı qaydalara riayət etmək.Üstünlük hesab olunurAutizm spektrində olan və xüsusi inkişaf dəstəyinə ehtiyacı olan uşaqlarla iş təcrübəsi;Sensor inteqrasiya, erkən müdaxilə və funksional bacarıqların inkişafı üzrə əlavə təlimlər;Multidissiplinar komanda ilə iş təcrübəsi;Terapiya nəticələrinin sənədləşdirilməsi və inkişaf dinamikasının izlənilməsi bacarığı.İş şəraitiİş yeri: Bakı şəhəriMəşğulluq növü: Tam ştatİş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcəkAzərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri;Müasir və inklüziv iş mühiti;Multidissiplinar komanda ilə işləmək imkanı;Peşəkar inkişaf üçün dəstəkləyici mühit;Namizədin bilik və bacarıqlarına uyğun əməkhaqqı.Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Erqoterapevt” qeyd etməklə göndərə bilərlər.Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208662/erqoterapevt
REKLAMA