Prayk

Ev Sahibləri ilə Əlaqələr üzrə Mütəxəssis (Remote)

400 ₼
TekshirilganKecha

№6296245·Koʻrishlar: 7

Tavsif

Punto.az Azərbaycanda qısamüddətli mənzil kirayəsi bazarı üçün yaradılmış onlayn platformadır. Hazırda komandamızı genişləndirir və ev sahibləri ilə əlaqələrin qurulması, yeni tərəfdaşların platformamıza cəlb edilməsi üzrə əməkdaşlar axtarırıq. İş şəraiti: İş formatı: Tamamilə distant (Remote); İş yeri: İstənilən şəhərdən işləmək imkanı; Əməkhaqqı: 400–500 AZN (sabit hissə); Bonus sistemi: Platformaya cəlb edilən və qeydiyyatdan keçərək aktiv elan yerləşdirən hər bir yeni ev sahibinə görə əlavə bonus ödənilir. Cəlb edilən ev sahiblərinin sayı artdıqca əməkdaşın əlavə gəliri də artır; İş qrafiki: Razılaşdırılmış gündəlik iş saatları. Niyə Punto.az? Yeni inkişaf edən rəqəmsal layihənin bir hissəsi olmaq; Çevik və dinamik iş mühiti; Nəticələrə uyğun əlavə gəlir əldə etmək imkanı; Peşəkar inkişaf və gələcək karyera imkanları.m Əgər ünsiyyət qurmağı, insanlarla işləməyi və yeni tərəfdaşlar qazanmağı sevirsinizsə, Punto.az komandasına qoşulmaq üçün müraciət edin! Öhdəliklər Bakı və Azərbaycanın digər bölgələrində gündəlik kirayə üçün ev təklif edən şəxslərin müəyyən edilməsi; Potensial ev sahibləri ilə telefon vasitəsilə əlaqə yaradılması; Punto.az platformasının və üstünlüklərinin təqdim edilməsi; Ev sahiblərinin platformada qeydiyyatdan keçməsinə və elan yerləşdirməsinə dəstək göstərilməsi; Mövcud tərəfdaşlarla mütəmadi əlaqələrin saxlanılması; Gündəlik zənglərin və əldə olunan nəticələrin hesabatının aparılması. Tələblər Azərbaycan dilində səlis danışıq və ünsiyyət bacarığı; Telefonla danışıq və inandırma qabiliyyəti; Məsuliyyətli və nəticəyönümlü olmaq; Kompüter və internetdən istifadə bacarığı; Satış, telemarketing və ya müştəri xidmətləri sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil; Sərbəst və müstəqil işləmə bacarığı.

Eʼlon manbai

Asl eʼlonni ochish

© Punto Hospitality MMC busy.az · Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA