Namizədlərə əsas tələblər
Müvafiq feldşer ixtisası üzrə orta ixtisas tibb təhsili və diplom;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş qüvvədə olan sertifikasiya şəhadətnaməsi;
Təcili tibbi yardım, reanimasiya və ya istehsalat obyektlərində tibbi xidmət sahəsində praktik təcrübə;
Ürək-ağciyər reanimasiyası (CPR), ilkin və təkmilləşdirilmiş təcili yardım prinsipləri üzrə bilik və bacarıqlar;
Təcili tibbi vəziyyətlərdə operativ qərarvermə və komanda şəklində işləmək bacarığı;
Dəniz şəraitində rotasiya rejimində işləməyə fiziki və psixoloji hazırlıq;
Tibbi sənədləşmə, hesabatlılıq və peşə etikası qaydalarına riayət etmək.
Əsas vəzifə öhdəlikləri
Dəniz platformasında çalışan əməkdaşlara ilkin və təcili tibbi yardım göstərilməsi;
Kəskin koronar sindrom, ürək dayanması, tənəffüs çatışmazlığı, travmalar, yanıqlar və digər təxirəsalınmaz hallarda ilkin qiymətləndirmə və səlahiyyətləri çərçivəsində müdaxilə;
CPR, AED və oksigen terapiyası üzrə müvafiq protokolların tətbiqi;
Pasiyentlərin həyati göstəricilərinin monitorinqi və vəziyyətlərinin dinamik qiymətləndirilməsi;
Təcili tibbi təxliyə (MEDEVAC) zamanı pasiyentin stabilləşdirilməsi və təxliyəyə hazırlanması;
Tibbi məntəqədə dərman vasitələrinin, tibbi avadanlıqların və təcili yardım çantalarının daim istifadəyə hazır saxlanılması;
Tibbi müraciətlərin, görülmüş müdaxilələrin və gündəlik fəaliyyətin sənədləşdirilməsi;
İstehsalatda sağlamlıq və təhlükəsizlik (HSE) qaydalarına riayət edilməsi, fövqəladə hallara hazırlıq tədbirlərində iştirak.
Üstünlük veriləcək əlavə kvalifikasiyalar
Offshore və ya sənaye təbabəti sahəsində iş təcrübəsi;
BLS, ACLS və ya digər beynəlxalq təcili tibbi yardım təlimləri üzrə qüvvədə olan sertifikatlar;
BOSIET və müvafiq dəniz təhlükəsizliyi təlimləri üzrə sertifikatlar;
İş şəraiti
Dəniz platformasında rotasiya prinsipi əsasında növbəli iş rejimi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Əməkhaqqı və digər təminatlar müsahibə zamanı müzakirə olunacaq.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə CV-lərini, təhsil diplomlarını, qüvvədə olan sertifikasiya şəhadətnamələrini və mövcud əlavə peşə sertifikatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208818/feldser-offshore-paramedic
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati