Vəzifə öhdəlikləri
Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsi;
Dəmir yolu, avtomobil yolu və digər infrastruktur layihələri üzrə geodeziya işlərinin aparılması;
Topoqrafik ölçmə məlumatlarının emalı və təhlili;
Rəqəmsal ərazi modellərinin, topoqrafik planların, uzununa və eninə profillərin hazırlanması;
Koordinat sistemləri və geodeziya istinad şəbəkələri ilə işləmək;
Layihə sənədlərinin hazırlanması və texniki yoxlanılması;
Sahə və ofis işlərinin koordinasiyası;
Texniki hesabatların hazırlanması;
Digər mühəndislik bölmələri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.
Namizədə dair tələblər
Geodeziya, xəritəçilik, geomatika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı;
ArcGIS və QGIS proqramları üzrə biliklər üstünlükdür;
GNSS/GPS, Total Station və nivelir avadanlıqları ilə işləmək bacarığı;
İnfrastruktur layihələrində iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilini sərbəst bilmək, türk və ingilis dili bilikləri üstünlükdür;
Analitik düşünmə, məsuliyyətlilik və komandada işləmək bacarığı;
Ezamiyyətlərə getmək imkanının olması.
İş şəraiti
İş yeri: Zəngilan rayonu;
İş rejimi: Tam iş günü;
Rəsmiləşdirmə: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun;
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək;
İrimiqyaslı yerli və beynəlxalq mühəndislik layihələrində iştirak;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Geodeziya və xəritə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208800/geodeziya-ve-xerite-muhendisi
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati