
Bakı12
Head of Operations
Head of Operations
1 000 ₼
Tekshirilgan4 hafta oldin
ShaharBakı
Sana
Koʻrishlar12
Raqam№2139622
Tavsif
MinVolt şəhər mobilliyi sahəsində fəaliyyət göstərən texnoloji şirkətdir. Biz kuryerlər və bizneslər üçün elektrik velosipedlərinin icarəsi xidmətini inkişaf etdiririk.
Hazırda servis əməliyyatları və təchizat (supply chain) istiqamətlərinin idarə edilməsini etibar edə biləcəyimiz Operations Manager axtarırıq.
Bu, yüksək dərəcədə müstəqillik tələb edən vəzifədir. Bizə sadəcə verilən tapşırıqları icra edən deyil, problemləri özü müəyyən edən, qərar verən və nəticəyə görə məsuliyyət daşıyan insan lazımdır.
• Bakı;
• full-time, 5/2;
• əsasən ofisdən iş;
• təcrübədən asılı olaraq 2 000 AZN-dək əməkhaqqı;
• yüksək müstəqillik və qərarvermə azadlığı;
• zamanla şirkətin əməliyyat fəaliyyətinin əhəmiyyətli hissəsinə tam məsuliyyət götürmək imkanı.
Müraciət üçün: Vakansiyaya müraciət etmək istəyən namizədlər öz CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.
Tələblər:
Elektrik velosipedləri və ya texniki sahədə əvvəlki təcrübə mütləq deyil.
Operations, Product və ya Project Management sahəsində təcrübəsi olan namizədlər də bizim üçün uyğundur.
Bizim üçün vacibdir ki, siz:
• sistemli düşünə və uzunmüddətli planlaşdıra biləsiniz;
• yeni mövzuları sürətlə öyrənə biləsiniz;
• nəticəyə görə məsuliyyət götürəsiniz;
• məlumatın kifayət qədər olmadığı hallarda belə müstəqil qərar verə biləsiniz;
• qarışıq prosesləri işlək sistemə çevirə biləsiniz;
• sürətli işləyəsiniz və daimi nəzarətə ehtiyac duymayasınız;
• maraqlı və öyrənməyə açıq olasınız.
İngilis dili — minimum B2, çünki xarici təchizatçılarla mütəmadi ünsiyyət tələb olunur.
Bizim üçün əsas yanaşma
Biz owner mindset olan insan axtarırıq.
Yeni problem yarandıqda sizdən vəziyyəti araşdırmağı, qərar qəbul etməyi və məsələni nəticəyə çatdırmağı gözləyirik.
Qərarın hər dəfə ideal olması vacib deyil. Əsas odur ki, qeyri-müəyyənlik qarşısında dayanmayasınız və işi irəli apara biləsiniz.
Vəzifə öhdəlikləri:
• servis istiqamətini və ustalar komandasını idarə etmək;
• əməliyyat proseslərini qurmaq, sistemləşdirmək və təkmilləşdirmək;
• servis əməkdaşlarını işə götürmək və öyrətmək;
• ehtiyatları və satınalmaları planlaşdırmaq;
• mövcud təchizatçılarla işləmək və yeni təchizatçılar tapmaq;
• təchizat prosesinə və logistika tərəfdaşları ilə işə nəzarət etmək;
• təchizatçılarla keyfiyyət və zəmanət məsələlərini həll etmək;
• daxili proseslərin avtomatlaşdırılması üçün imkanlar tapmaq;
• daxili IT məhsulları üçün tələblər hazırlamaq və development komandası ilə işləmək;
• əsas əməliyyat göstəricilərinə nəzarət etmək.
Maaş: 1000-2000 AZN
Yaş: 21-35
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Eʼlon manbai
Asl eʼlonni ochish© Minvolt MMC boss.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA













