Prayk

HR Manager

1 500 ₼
Tekshirilgan2 kun oldin
ShaharBakı
KategoriyaHR, kadrlar

№6346468·Koʻrishlar: 1

Tavsif

İş şəraiti İş yeri - Bakı, Bayıl – Sabah Residence İş rejimi - Tam ştat, 5 iş günü (09:00–18:00 və ya 10:00–19:00) Səviyyə - Middle / Senior Əmək haqqı - 1500–2000 AZN (net) Vəzifə öhdəlikləri HR strategiyasının hazırlanmasında iştirak və HR fəaliyyətinin biznes məqsədləri ilə uyğunlaşdırılması; İşə qəbul prosesinin tam dövrünün idarə olunması; Yeni əməkdaşların adaptasiyası (onboarding) və işdən ayrılma (offboarding) proseslərinin təşkili; Kadr uçotunun və sənədləşmənin qanunvericiliyə uyğun aparılması; Daxili HR siyasətlərinin, prosedurların, qaydaların və sənəd şablonlarının hazırlanması, mütəmadi yenilənməsi, əməkdaşlara çatdırılması və tətbiqinə nəzarət; Performansın idarə edilməsi və qiymətləndirmə proseslərinin təşkili; Davamiyyət və məzuniyyət uçotunun aparılması; Kompensasiya və mükafatlandırma proseslərində iştirak; Əməkdaşlara təqdim olunan imtiyazların koordinasiyası; Rəhbərlərə HR məsələləri üzrə məsləhət verilməsi və əməkdaş münasibətlərinin idarə olunması; HR hesabatlarının və analitikanın hazırlanması. Namizədə tələblər HR sahəsində ən azı 3 il iş təcrübəsi (HR Manager, HR Business Partner və ya HR Generalist kimi təcrübə üstünlükdür); Azərbaycan Respublikasının Əmək Məcəlləsini və EMAS sistemini yaxşı bilmək; Kadr sənədləşməsi və işə qəbulun tam dövrü üzrə praktik təcrübə; Azərbaycan, ingilis və rus dillərini sərbəst bilmək (hər üç dili bilmək üstünlükdür); MS Office / Google Workspace proqramlarını, xüsusilə Excel / Sheets-i yaxşı bilmək; AI-native olmaq: gündəlik işdə AI alətlərindən aktiv istifadə etmək və hansı alətlərdən istifadə etdiyini, onlarla hansı işləri gördüyünü konkret nümunələrlə izah edə bilmək; Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları; Məxfiliyə riayət, məsuliyyət və təşəbbüskarlıq. Biz nə təklif edirik? Rəsmi əmək müqaviləsi; Rəqabətli əmək haqqı; 1 il işlədikdən sonra könüllü tibbi sığorta; HR proseslərini sıfırdan qurmaq və inkişaf etdirmək imkanı; Peşəkar və dinamik komanda mühiti. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "HR Manager" mövzusu ilə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208620/hr-manager
REKLAMA