İş şəraiti
İş yeri - Bakı, Bayıl – Sabah Residence
İş rejimi - Tam ştat, 5 iş günü (09:00–18:00 və ya 10:00–19:00)
Səviyyə - Middle / Senior
Əmək haqqı - 1500–2000 AZN (net)
Vəzifə öhdəlikləri
HR strategiyasının hazırlanmasında iştirak və HR fəaliyyətinin biznes məqsədləri ilə uyğunlaşdırılması;
İşə qəbul prosesinin tam dövrünün idarə olunması;
Yeni əməkdaşların adaptasiyası (onboarding) və işdən ayrılma (offboarding) proseslərinin təşkili;
Kadr uçotunun və sənədləşmənin qanunvericiliyə uyğun aparılması;
Daxili HR siyasətlərinin, prosedurların, qaydaların və sənəd şablonlarının hazırlanması, mütəmadi yenilənməsi, əməkdaşlara çatdırılması və tətbiqinə nəzarət;
Performansın idarə edilməsi və qiymətləndirmə proseslərinin təşkili;
Davamiyyət və məzuniyyət uçotunun aparılması;
Kompensasiya və mükafatlandırma proseslərində iştirak;
Əməkdaşlara təqdim olunan imtiyazların koordinasiyası;
Rəhbərlərə HR məsələləri üzrə məsləhət verilməsi və əməkdaş münasibətlərinin idarə olunması;
HR hesabatlarının və analitikanın hazırlanması.
Namizədə tələblər
HR sahəsində ən azı 3 il iş təcrübəsi (HR Manager, HR Business Partner və ya HR Generalist kimi təcrübə üstünlükdür);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və EMAS sistemini yaxşı bilmək;
Kadr sənədləşməsi və işə qəbulun tam dövrü üzrə praktik təcrübə;
Azərbaycan, ingilis və rus dillərini sərbəst bilmək (hər üç dili bilmək üstünlükdür);
MS Office / Google Workspace proqramlarını, xüsusilə Excel / Sheets-i yaxşı bilmək;
AI-native olmaq: gündəlik işdə AI alətlərindən aktiv istifadə etmək və hansı alətlərdən istifadə etdiyini, onlarla hansı işləri gördüyünü konkret nümunələrlə izah edə bilmək;
Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları;
Məxfiliyə riayət, məsuliyyət və təşəbbüskarlıq.
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi;
Rəqabətli əmək haqqı;
1 il işlədikdən sonra könüllü tibbi sığorta;
HR proseslərini sıfırdan qurmaq və inkişaf etdirmək imkanı;
Peşəkar və dinamik komanda mühiti.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "HR Manager" mövzusu ilə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208617/hr-manager
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati