Prayk
Hüquqşünas — Hüquq
Kelishiladi

Hüquqşünas

TekshirilganBugun
Kategoriya
Huquqshunoslik
Sana
Koʻrishlar
5
Raqam
№5892542

Tavsif

VUMES MMC komandamıza qoşulmaq üçün hüquq sahəsində peşəkar bilik və praktiki təcrübəyə malik, məsuliyyətli və təşəbbüskar Hüquqşünas axtarışındadır. Əsas vəzifə öhdəlikləri: Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsində iştirak etmək; Şirkətin hüquqi maraqlarını qorumaq və hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər görmək; Müqavilələrin, sazişlərin, protokolların və digər hüquqi sənədlərin hazırlanmasını, təhlilini və hüquqi ekspertizasını həyata keçirmək; Şirkətdaxili əmr, sərəncam, qərar və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək; Şirkətin dövlət qurumları, hüquqi və fiziki şəxslərlə münasibətlərində hüquqi məsələlərin tənzimlənməsini təmin etmək; Məhkəmə və digər dövlət orqanlarında şirkətin hüquqi maraqlarını təmsil etmək; Hüquqi sorğuların, müraciətlərin və rəsmi məktubların hazırlanmasını təmin etmək; Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək; Hüquqi sənədlərin sistemləşdirilməsi, qeydiyyatı və uçotunun aparılmasını təmin etmək. Namizədə dair tələblər: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil; Hüquq sahəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlar üzrə mükəmməl biliklər; İcra haqqında qanunvericilik və beynəlxalq hüquqi normalar barədə biliklər; Müqavilə hüququ, əmək münasibətləri və korporativ hüquq sahəsində praktiki təcrübə; Hüquqi sənədlərin hazırlanması, təhlili və sistemləşdirilməsi bacarığı; Analitik düşünmə, problem həll etmə və qərarvermə qabiliyyəti; Yüksək yazılı və şifahi ünsiyyət bacarığı; Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri; İş qrafiki: Tam iş günü; Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir. Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 12.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/vumes-mmc-huquqsunas-155999
REKLAMA