
8
İstehsalatın planlaşdırılması üzrə mütəxəssis

800 ₼
İstehsalatın planlaşdırılması üzrə mütəxəssis
TekshirilganBugun
Sana
Koʻrishlar8
Raqam№5923214
Tavsif
İş şəraiti
Fəaliyyət sahəsi: İstehsalat və ticarət
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 800 – 1 000 AZN
Vəzifə öhdəlikləri
Şirkətin istehsalat fəaliyyətinin planlaşdırılması və istehsal proseslərinin koordinasiyasında iştirak etmək;
Sifarişlər, satış proqnozları və mövcud istehsal gücü əsasında gündəlik, həftəlik, aylıq və illik istehsal planlarının hazırlanması;
Məhsul çeşidləri və istehsal həcmləri üzrə istehsal qrafiklərinin tərtib edilməsi;
İstehsalat üçün tələb olunan xammal, material və digər resurslara olan tələbatın müəyyənləşdirilməsi;
Xammal və material ehtiyatlarına nəzarət etmək, istehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədilə ehtiyacların əvvəlcədən müəyyənləşdirilməsi;
İstehsal gücünün, avadanlıqların yüklənmə səviyyəsinin və işçi resurslarının planlaşdırılması prosesində iştirak etmək;
Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və onların səbəblərini təhlil etmək;
İstehsalat prosesində yaranan gecikmələrin, resurs çatışmazlığının və digər problemlərin təhlilində iştirak etmək, müvafiq həll təklifləri vermək;
İstehsal həcmləri, xammal sərfiyyatı, məhsuldarlıq və istehsal səmərəliliyi üzrə müntəzəm hesabatların hazırlanması;
İstehsal prosesində material sərfiyyatının və məhsul itkilərinin təhlil edilməsi;
İstehsalat, anbar, satınalma və satış şöbələri arasında koordinasiyanın təmin edilməsində iştirak etmək;
İstehsalat planlarının icrasına nəzarət etmək və rəhbərlik üçün analitik arayışların hazırlanması;
İstehsalat planlaşdırılması proseslərinin təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflərin verilməsi;
Rəhbərlik tərəfindən verilən digər analitik və planlama tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər
İqtisadiyyat, mühəndislik, sənaye mühəndisliyi, istehsalatın idarə edilməsi, logistika və ya əlaqəli sahələr üzrə ali təhsil;
İstehsalatın planlaşdırılması, əməliyyatların idarə edilməsi, analitika və ya əlaqəli sahələrdə 1–3 il iş təcrübəsi;
Yaxşı səviyyədə Microsoft Excel bilikləri;
Riyazi və analitik düşünmə qabiliyyəti;
Böyük həcmli məlumatlarla işləmək, məlumatları sistemləşdirmək və təhlil etmək bacarığı;
İstehsal həcmləri, xammal tələbatı, material sərfiyyatı və istehsal gücü göstəricilərini təhlil etmək bacarığı;
İstehsal proseslərinin ardıcıllığını və resurs ehtiyaclarını düzgün qiymətləndirmək qabiliyyəti;
Planlaşdırma, proqnozlaşdırma və hesabatlılıq bacarıqları;
Məntiqi nəticələr çıxarmaq və problemlərə analitik yanaşmaq qabiliyyəti;
Dəqiqlik, məsuliyyətlilik və sistemli iş yanaşması;
Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı.
Üstünlük veriləcək namizədlər
Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş namizədlər;
İstehsalat və sənaye müəssisələrində planlama və ya əməliyyatların idarə edilməsi üzrə təcrübəsi olanlar;
Excel proqramında mürəkkəb formulalar, Pivot Table, Power Query və analitik hesabatlarla işləmək bacarığı olanlar;
Power BI və digər məlumatların vizuallaşdırılması proqramları üzrə bilikləri olanlar;
İstehsal planlaşdırılması, xammal tələbatının hesablanması və resursların idarə edilməsi sahəsində təcrübəsi olanlar;
ERP və MRP sistemləri ilə işləmək təcrübəsi olanlar;
İstehsalat proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə bilikləri olanlar;
Yeni proqramları və iş proseslərini sürətlə mənimsəyənlər.
Biz nə təklif edirik?
Stabil və inkişaf perspektivi olan iş mühiti;
Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
Rəhbərliklə birbaşa işləmək və şirkətin istehsalat planlaşdırılması və idarəetmə proseslərinin qurulmasında iştirak etmək imkanı;
Analitik bilik və bacarıqların praktiki iş mühitində inkişaf etdirilməsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Maaş: 800 AZN
Son müraciət tarixi: 13.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-istehsalatin-planlasdirilmasi-uzre-mutexessis-156063
REKLAMA








