
1
İT dəstək mütəxəssisi
İT dəstək mütəxəssisi
Kelishiladi
TekshirilganKecha
Sana
Koʻrishlar1
Raqam№4281533
Tavsif
Barkod Electronics İT dəstək mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
Barkod Electronics Bakı şəhərində fəaliyyət göstərən komandasına İT dəstək mütəxəssisi axtarır. Namizəd şirkətin daxili İT infrastrukturunun sabit işləməsinə və əməkdaşlara texniki dəstəyin göstərilməsinə cavabdeh olacaq.
Vəzifə öhdəlikləri
İstifadəçilərdən daxil olan texniki dəstək müraciətlərinin operativ və dəqiq cavablandırılması;
Kompüter və İT avadanlıqlarında yaranan texniki nasazlıqların aşkarlanması və aradan qaldırılması;
Yeni əməkdaşlar üçün kompüterlərin hazırlanması, zəruri proqramların quraşdırılması və konfiqurasiyası;
Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin yaradılması, zərurət olduqda bərpası;
Sistem xətalarının diaqnostikası və müvafiq həllərin tətbiqi;
İstifadəçilərin korporativ domen şəbəkəsinə qoşulması, IP telefonların quraşdırılması və elektron poçt hesablarının konfiqurasiyası;
Printer və skanerlərin quraşdırılması, şəbəkəyə qoşulması və sazlanması;
Zərurət olduqda noutbuk və masaüstü kompüterlərin texniki hissələrinin yenilənməsi.
Namizədə tələblər
Ali təhsil — İT sahəsi üzrə təhsil üstünlük hesab olunur;
İT sahəsində minimum 3 il iş təcrübəsi;
Analitik düşüncə və problemləri həll etmək bacarığı;
Detallara diqqət və nəticəyönümlü yanaşma;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı — rus və ingilis dillərini bilmək üstünlükdür;
Windows və macOS əməliyyat sistemləri üzrə dərin biliklər;
Acronis, Veeam və Norton kimi ehtiyat nüsxələmə proqramları ilə iş təcrübəsi;
Simsiz giriş nöqtələrinin (AP), routerlərin, şəbəkə printerlərinin və skanerlərin sazlanması bacarığı.
İş şəraiti
Şirkət: Baku Digital MMC — Barkod Electronics;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi;
İş rejimi: Tam iş günü, həftədə 5 gün;
İş günləri: Bazar ertəsi – Cümə;
İş saatları: 09:00–18:00;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İT dəstək mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 09.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/barkod-electronics-it-destek-mutexessisi-153483
Oʻxshash eʼlonlar














