
Bakı11
İT Menecer Müavini
İT Menecer Müavini
Kelishiladi
Tekshirilgan5 kun oldin
ShaharBakı
Sana
Koʻrishlar11
Raqam№4024587
Tavsif
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
Hotelin İT sistemlərinin fasiləsiz və düzgün fəaliyyətinin təmin edilməsində İT Menecerinə dəstək olmaq;
İT Meneceri olmadıqda onun gündəlik işlərinin və tapşırıqlarının icrasını təmin etmək;
Kompüter, printer, POS, telefon və digər İT avadanlıqlarının texniki dəstəyini həyata keçirmək;
Əməkdaşların İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri operativ şəkildə həll etmək;
Hotelin şəbəkə, internet və sistemlərinin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki problemlərin aradan qaldırılmasını təmin etmək;
İT avadanlıqlarının inventar uçotunu və texniki vəziyyətinə nəzarəti həyata keçirmək;
İstifadəçi hesablarının, girişlərin və İT təhlükəsizliyi ilə bağlı proseslərin idarə edilməsində iştirak etmək;
Hotelin istifadə etdiyi proqram və sistemlərlə bağlı yaranan problemlərin həllini təmin etmək;
İT təhlükəsizliyi və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
İT Menecerinə hesabatların və digər sənədlərin hazırlanmasında dəstək olmaq;
İT şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasında iştirak etmək.
Namizədə tələblər:
İT sahəsində minimum 2 il iş təcrübəsi;
Hotel sektorunda İT sahəsində iş təcrübəsi üstünlükdür;
İT sistemləri, kompüter avadanlıqları və şəbəkə üzrə yaxşı bilik;
Windows, MS Office və əsas sistem inzibatçılığı üzrə biliklər;
Şəbəkə, internet, printer, POS və digər periferiya cihazları ilə işləmə bacarığı;
Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək;
Rus dili biliyi üstünlükdür;
Liderlik və koordinasiya bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komanda idarəetməsi və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik kollektiv;
Karyera inkişafı imkanları;
Nahar təminatı;
Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İT Menecer Müavini” qeyd etmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196942/it-menecer-muavini
Oʻxshash eʼlonlar














