Vəzifə və öhdəliklər:
Müvəqqəti yolun tikintisi üzrə aparılan bütün mülki inşaat işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, işçi cizgilərə və qüvvədə olan standartlara uyğunluğuna nəzarət etmək;
Yol tikintisi zamanı torpaq işləri, qazıntı, əsasın hazırlanması, geotekstil və geogrid materiallarının döşənməsi, karbonat və çınqıl qatlarının sərilməsi və sıxlaşdırılması proseslərinə keyfiyyət nəzarətini həyata keçirmək;
Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş İcraat Bəyanatlarına (Method Statement) və Yoxlama və Sınaq Planlarına (ITP) uyğun yerinə yetirilməsini təmin etmək;
Yolun layihə üzrə eni, hündürlük səviyyələri, qat qalınlıqları, maillikləri və digər texniki göstəricilərinin uyğunluğunu yoxlamaq;
Torpaq və yol tikintisi materialları üzrə laboratoriya sınaqlarının təşkilinə və nəticələrinin qiymətləndirilməsinə nəzarət etmək;
Sıxlaşdırma, materialların dənəvərlik tərkibi, nəmlik və digər müvafiq sınaqların layihə tələblərinə uyğun aparılmasını izləmək;
Mülki sınaq laboratoriyaları ilə koordinasiyanı təmin etmək, laboratoriya hesabatlarını və sınaq protokollarını yoxlamaq;
Tikinti sahəsinə daxil olan materialların keyfiyyət sertifikatlarını, mənşə sənədlərini və texniki göstəricilərini yoxlamaq;
İşlərin mərhələlər üzrə yoxlanılmasını təşkil etmək, yoxlama sorğularını (Inspection Request – IR) hazırlamaq və müvafiq təsdiqləri izləmək;
Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, Uyğunsuzluq Hesabatlarını (NCR) hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və müvafiq QC hesabatlarını hazırlamaq;
Ölçü və sınaq avadanlıqlarının kalibrləmə sənədlərinin qüvvədə olmasını yoxlamaq;
Sifarişçi, podratçı, subpodratçılar və laboratoriya nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiyanı təmin etmək;
Tikinti sahəsində daxili və xarici keyfiyyət auditlərində iştirak etmək;
Layihənin yekun keyfiyyət sənədlərinin, yoxlama aktlarının və təhvil-təslim sənədlərinin hazırlanmasında iştirak etmək;
Vəzifəsinin icrası ilə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Mülki mühəndislik, inşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Mülki inşaat sahəsində keyfiyyətə nəzarət üzrə minimum 5 il iş təcrübəsi;
Yol tikintisi layihələrində praktiki iş təcrübəsi;
Mülki sınaq laboratoriyaları ilə işləmək və laboratoriya sınaqlarının nəticələrini qiymətləndirmək bacarığı;
Torpaq işləri, yol əsaslarının hazırlanması, materialların sıxlaşdırılması və keyfiyyət göstəricilərinin yoxlanılması üzrə texniki biliklər;
Method Statement, ITP, IR, NCR və digər keyfiyyət sənədləri ilə işləmək bacarığı;
Tikinti işçi cizgilərini, texniki spesifikasiyaları və müvafiq standartları oxumaq və tətbiq etmək bacarığı;
Keyfiyyətə nəzarət üzrə beynəlxalq və yerli normativ sənədlər haqqında biliklər;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət və hesabatvermə bacarığı;
İngilis dili biliyi üstünlükdür;
Yüksək məsuliyyət, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı;
Layihə sahəsində işləməyə hazır olmaq.
İş şəraiti:
İş yeri: Salyan rayonu – Qarabağ Layihəsi, Müvəqqəti yolun çəkilişi;
Müqavilə müddəti: 3 ay, layihənin ehtiyaclarına uyğun olaraq uzadılması mümkündür;
Əməkhaqqı: Namizədin təcrübəsi və peşəkar bilikləri əsasında müsahibə zamanı müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt elektron ünvanına göndərə bilərlər
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207801/keyfiyyete-nezaret-qc-uzre-mulki-insaat-mufettisi-sahe
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati