Prayk
Kiçik mühasib — Maliyyə
700 ₼

Kiçik mühasib

Tekshirilgan2 kun oldin
Kategoriya
Moliya
Sana
Koʻrishlar
27
Raqam
№5520963

Tavsif

“Baku Business Consulting” MMC-yə Kiçik mühasib tələb olunur. Vəzifə öhdəliyi: İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, elektron qaimə-fakturalar, təhvil-təslim aktları, ödəniş sənədləri və digər müvafiq sənədlər) hazırlanması, qəbulu, yoxlanılması və sistemləşdirilməsi; Gündəlik bank əməliyyatlarının, o cümlədən yerli və xarici ödənişlərin, vergi, sosial sığorta və digər büdcə ödənişlərinin həyata keçirilməsi; Maliyyə və mühasibat əməliyyatlarının 1C (8.3) mühasibat proqramında işlənilməsi; Əməkhaqqı, ezamiyyə və məzuniyyət ödənişlərinin hesablanması və müvafiq ödənişlərin icra edilməsi; Statistik hesabatların, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə vahid bəyannamənin və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə ilkin bilik və bacarıqlara malik olmaq; Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq normativ-hüquqi aktlar barədə biliklərə malik olmaq; Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək; Mühasibat sənədlərinin düzgün qeydiyyatını, sistemləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək Birbaşa rəhbər tərəfindən əmək funksiyalarına uyğun olaraq verilən digər qanuni tapşırıqları yerinə yetirmək. Ümumi tələblər: İqtisadiyyat, maliyyə və mühasibat uçotu sahəsində ali təhsil; Yaş: 20-25; Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq, inkişafa və yeniliyə açıq olmaq; Komanda ilə işləmə bacarığı. Əmək haqqı: 700 Azn Qeyd: Mühasibatlıq üzrə yerli və beynəlxalq sertifikatların (PMS, ACCA və s) və xarici dil biliyinin (ingilis dili, rus dili) olması üstünlükdür. Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində “Kiçik mühasib” yazmaqla göndərmələri xahiş olunur. Yuxarıda qeyd olunan tələblərə cavab verməyən və qeyd olunan şəkildə göndərilməyən müraciətlərə baxılmayacaqdır. Maaş: 700 AZN Son müraciət tarixi: 02.12.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Baku Business Consulting jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp