Prayk

Konstruktor / Mühəndis-konstruktor

Kelishiladi
Tekshirilgan3 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
12
Raqam
№3575259

Tavsif

Vəzifə öhdəlikləri Tikinti layihələri üzrə konstruktiv həllərin hazırlanması və işlənməsi; Metal, dəmir-beton və digər konstruksiyaların konstruktiv hesablamalarının aparılması; İşçi çertyojların, konstruktiv planların və texniki sənədlərin hazırlanması; Layihə və işçi sənədlərin texniki tələblərə və qüvvədə olan tikinti norma və standartlarına uyğunluğunun yoxlanılması; AutoCAD və digər layihələndirmə proqramlarında konstruktiv çertyojların hazırlanması; Konstruktiv layihələrin memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiyası; Tikinti sahəsində layihə həllərinin tətbiqinə texniki dəstəyin göstərilməsi; Layihə ilə faktiki tikinti vəziyyəti arasında yaranan uyğunsuzluqların müəyyən edilməsi və konstruktiv həllərin hazırlanması; Tikinti sahəsində ölçülərin, konstruktiv elementlərin və görülən işlərin layihəyə uyğunluğunun yoxlanılması; Lazım gəldikdə müəllif nəzarəti və sahə baxışlarında iştirak; As-Built sənədlərinin hazırlanmasında iştirak; Layihə üzrə tələb olunan texniki hesabatların, spesifikasiyaların və iş həcmlərinin hazırlanması; Layihə rəhbəri və digər mühəndislərlə koordinasiyalı şəkildə çalışmaq. Namizədə tələblər İnşaat mühəndisliyi, konstruksiya mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil; Konstruktor / mühəndis-konstruktor vəzifəsində minimum *2 il iş təcrübəsi*; Metal və dəmir-beton konstruksiyaların layihələndirilməsi və hesablanması üzrə praktiki bilik; Konstruktiv layihələri və işçi çertyojları oxuma və təhlil etmə bacarığı; AutoCAD proqramında sərbəst işləmək; Tekla Structures, Revit, ETABS, SAP2000, LIRA və ya digər konstruktiv proqramlardan birində işləmək bacarığı üstünlükdür; Tikinti norma və standartları, o cümlədən *AzDTN, SNiP, SP, Eurocode* üzrə bilik; Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı; MS Office proqramlarında, xüsusilə *Excel və Word*-də işləmə bacarığı; Analitik düşüncə və texniki problemləri operativ həll etmək bacarığı; Komandada işləmək və digər mühəndislik istiqamətləri ilə effektiv koordinasiya qurmaq bacarığı; Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq; Tikinti sahəsində operativ işləməyə və zəruri hallarda sahə baxışlarında iştirak etməyə hazır olmaq. İş şərtləri İş rejimi: Tam iş günü İş yeri: Bakı şəhəri / tikinti layihələri Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. Biz nə təklif edirik? Peşəkar və dinamik iş mühiti; Real tikinti layihələrində iştirak imkanı; Peşəkar inkişaf və karyera imkanları; Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti; Əmək müqaviləsi ilə rəsmiləşdirmə. Maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Konstruktor” qeyd etməlidirlər. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/196195/konstruktor-muhendis-konstruktor
REKLAMA