Prayk
Koordinator-(İnventar) — Nəqliyyat, logistika, anbar
800 ₼

Koordinator-(İnventar)

TekshirilganBugun
Sana
Koʻrishlar
2
Raqam
№5603184

Tavsif

Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Koordinator (İnventar) tələb olunur. İş şəraiti: Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi Əmək haqqı: 800 - 1000 AZN (Müsahibə əsasında dəyişə bilər) İş qrafiki: Tam iş günü (5 gün) İş saatı: 09:00 – 18:00 Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi. Namizədə dair əsas tələblər: Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, mühasibat uçotu, logistika, idarəetmə və ya əlaqəli sahə) və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi; Koordinasiya və ya təşkilatçılıq sahəsində iş təcrübəsi; Yüksək kommunikasiya bacarığı, komanda, rəhbərlik (sahibkar) və xarici tərəflərlə səmərəli əlaqə qurmaq bacarığı; Prioritetləri düzgün müəyyənləşdirmək, işin gedişini izləmək və problemləri vaxtında həll etmək bacarığı; İnventar və anbar uçotunun əsaslarını bilmək; 1C proqramında işləmək, inventar üzrə əməliyyatları qeydə almaq və hesabatları hazırlamaq bacarığı; Microsoft Office proqramlarını (Excel, Word) yaxşı bilmək; Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq; Cins üzrə məhdudiyyət nəzərdə tutulmur. Əsas vəzifə öhdəlikləri: Fəaliyyətlərin və təşkilat daxilindəki əməliyyatların düzgün və vaxtında həyata keçirilməsini təmin etmək üçün komanda üzvləri, rəhbərlik və digər əlaqəli tərəflərlə əlaqə qurmaq və məlumatları əlaqələndirmək; Daxili və xarici tərəflər arasında effektiv və daimi kommunikasiyanı qurmaq; Komanda üzvləri ilə gündəlik, həftəlik və aylıq status görüşlərini təşkil etmək; Birbaşa rəhbərlə əlaqədə olmaq, lazımi məlumatları və hesabatları ona vaxtında ötürmək, iş gedişi barədə məlumat vermək; Problemlərin vaxtında həlli üçün müvafiq tədbirlər görmək; İnventarın izlənilməsi və qeydiyyatı prosesini əlaqələndirmək, maddi sərvətlərin və malların hərəkətinin müvafiq sənədlərlə təsdiqlənməsini təmin etmək; İnventar balanslarını və stok səviyyələrini yoxlamaq, uyğunsuzluq hallarını rəhbərliyə çatdırmaq; İnventar hərəkətlərinə dair gündəlik, həftəlik və aylıq hesabatları 1C proqramında hazırlayıb vaxtında təqdim etmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 800 AZN Son müraciət tarixi: 04.12.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Army Group jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp