Prayk

Korporativ satış meneceri

600 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Kategoriya
Savdo
Sana
Koʻrishlar
7
Raqam
№2139118

Tavsif

Glorium Travel Group korporativ müştərilərlə işləmək, yeni şirkətlər cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq üçün Korporativ satış meneceri axtarır. Namizədin əsas vəzifəsi potensial korporativ müştərilərin müəyyən edilməsi, şirkətlərin aidiyyəti şəxsləri ilə əlaqələrin qurulması, görüşlərin təşkil edilməsi və Glorium Travel Group-un korporativ turizm xidmətlərinin təqdim olunmasıdır. Biz təklif edirik: Rəsmi əmək müqaviləsi; Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı; Böyük və tanınmış şirkətlərlə işləmək imkanı; Dinamik və inkişaf edən iş mühiti. Bu vəzifədə əsas göstərici sadəcə zənglərin sayı deyil, yeni korporativ müştərilərin cəlb olunması, görüşlərin keçirilməsi və real əməkdaşlıq müqavilələrinin bağlanmasıdır Diqqət! Yalnız @mail ünvanına göndərilən CV-lər nəzərdən keçirələcək. Tələblər: B2B və ya korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür; Yeni müştərilərin aktiv axtarışı və satış bacarığı; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Nəticəyönümlü və məsuliyyətli olmaq; Azərbaycan dilində sərbəst danışıq; Rus və ingilis dillərini bilmək üstünlükdür; MS Office proqramlarından istifadə bacarığı; Turizm sektorunda iş təcrübəsi üstünlük hesab olunur, lakin mütləq tələb deyil. Vəzifə öhdəlikləri: Yeni korporativ müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi; Şirkətlərin satınalma, HR, inzibati və digər məsul şəxsləri ilə əlaqə yaradılması; Telefon, e-mail, LinkedIn və digər kanallar vasitəsilə potensial müştərilərlə ilkin əlaqənin qurulması; Korporativ müştərilərlə görüşlərin təyin edilməsi və keçirilməsi; Şirkətin aviabilet, otel, transfer, işgüzar səfərlər, tur paketləri və digər turizm xidmətlərinin təqdim edilməsi; Müştərinin ehtiyaclarının müəyyən olunması və uyğun kommersiya təklifinin hazırlanması; Qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması; Müqavilələrin hazırlanması və imzalanmasına qədər satış prosesinin idarə olunması; Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi; Satış planı və KPI-ların yerinə yetirilməsi; Görülən işlər və nəticələr üzrə rəhbərliyə hesabat təqdim olunması. Maaş: 600-5000 AZN Yaş: 24-35 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Eʼlon manbai

Asl eʼlonni ochish

© "GLORIUM TRAVEL GROUP" Mahdud Masuliyyatli Camiyyati boss.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp