İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam iş günü, 5/2
Əmək haqqı: 800 – 1 000 AZN + mənfəətə bağlı bonus
Əsas vəzifələr
Yeni korporativ müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin qurulması;
Tikinti şirkətləri, podratçılar, sistem inteqratorları, otellər, biznes mərkəzləri, dövlət və özəl müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi;
Yeni IT/ELV layihələrinin erkən mərhələdə aşkarlanması;
Mövcud müştərilərdən əlavə satış imkanlarının yaradılması;
Müştərinin texniki və kommersiya ehtiyaclarının müəyyənləşdirilməsi;
Uyğun məhsul və həllərin hazırlanması üçün texniki komanda ilə koordinasiya;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Tender, kotirovka və satınalma proseslərində iştirak;
Vendor və distributorlarla qiymət, stok və çatdırılma şərtlərinin razılaşdırılması;
Müştərilərlə görüşlərin və təqdimatların keçirilməsi;
Satış prosesinin ilkin əlaqədən sifariş və müqaviləyə qədər idarə olunması;
CRM sistemində müştərilərin və satış imkanlarının qeydiyyatı;
Rəqiblərin və bazarın monitorinqi;
Aylıq satış və pipeline hesabatlarının hazırlanması.
Namizədə əsas tələblər
Minimum 2 il B2B / Korporativ satış təcrübəsi;
IT, ELV, təhlükəsizlik sistemləri və ya texniki məhsulların satışında təcrübə üstünlükdür;
Korporativ müştərilərlə işləmə bacarığı;
Aktiv müştəri axtarışı və cold calling bacarığı;
Yeni müştərini real sifarişə çevirmək bacarığı;
Güclü danışıqlar aparmaq bacarığı;
Kommersiya təklifi hazırlamaq bacarığı;
Tender və satınalma prosesləri haqqında anlayış;
IT/ELV məhsulları haqqında ümumi texniki bilik;
MS Office və CRM proqramları ilə işləmək bacarığı;
Azərbaycan dili – sərbəst;
Rus dili – üstünlükdür;
İngilis dili – üstünlükdür;
B kateqoriyalı sürücülük vəsiqəsi – üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifə adı qeyd edilməlidir - Korporativ satış meneceri
Əlaqə - Aynur Nəcəfova +994774162110
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198568/korporativ-satis-meneceri
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati