
Bakı1
Korporativ Satış Təmsilçisi
Korporativ Satış Təmsilçisi
500 ₼
TekshirilganBugun
Tavsif
B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi
İş yeri: Bakı
İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)
Son müraciət tarixi: 29 oktyabr 2026
Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır.
Biz nə təklif edirik?
Peşəkar və inkişafyönümlü iş mühiti;
Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi;
Karyera və peşəkar inkişaf imkanları;
Dinamik və peşəkar komanda mühiti.
Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir.
Vakansiyanın tələblərinə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi qeyd olunan əlaqə vasitəsinə göndərin. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər:
Minimum 3 il B2B/korporativ satış təcrübəsi;
Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür;
Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı;
MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi;
Analitik düşüncə, planlama və nəticəyönümlülük;
Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət;
İngilis dili və ali təhsil üstünlükdür;
Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi;
Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması;
Satış və müqavilə danışıqlarının aparılması;
Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş;
Satış planlarının və KPI-ların icrası;
Sifariş və satış sonrası proseslərin izlənilməsi;
Bazar və rəqib analizlərinin aparılması;
CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması.
Maaş: 500-800 AZN
Yaş: 25-45
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Eʼlon manbai
Asl eʼlonni ochish© Aku dünyası MMC boss.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA








