
6
Korporativ satış üzrə mütəxəssis (B2B)

900 ₼
Korporativ satış üzrə mütəxəssis (B2B)
Tahlil qilinganKecha
Sana
Koʻrishlar6
Raqam№4611375
Tavsif
İş barədə məlumat:
Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək;
Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
Tələblər:
Yaş: 28-40
Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
Ümumi satış təcrübəsi 3-5 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
Azərbaycan və Rus dili mükəmməl səviyyədə (mətnlərin hər dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.
İş şəraiti:
İş saatı 09:00-18:00-dək
Həftədə 5 günlük iş qrafiki .
Nahar vaxtı 13:00-14:00-dək
Əmək haqqı: 900-1000 (+ bonus) AZN
Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis (B2B)” yazmaqla elektron ünvanına Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Ünvan: Nəsimi ray., Xətai pr., 34 Luxen Plaza 1-ci bina 16 mərtəbə.
Maaş: 900 AZN
Son müraciət tarixi: 14.11.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Ecopress jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA












