Künc divan
Ölçüləri: 280 x 200 sm
Mexanizm: açılan, bazalı
Yastıqlar: 6 ədəd hədiyyə
Rəng seçimi: mümkündür
Model müasir və zövqlü dizayna malikdir. Qəhvəyi və açıq tonların uyğunluğu interyerə səliqəli görünüş verir. Yan hissələr və alt ön panel dekorativ kapitone işləmə ilə hazırlanıb, ayaqları isə klassik üslubda seçilib. Geniş oturacaq hissəsi və künc forması otaq məkanından səmərəli istifadə etməyə imkan yaradır.
Açılan mexanizm sayəsində divan həm gündəlik oturacaq, həm də uzanmaq üçün rahat istifadə oluna bilər. Bazalı quruluş əlavə əşyaların saxlanması üçün əlverişlidir. Dəstdə 6 ədəd dekorativ yastıq verilir.
Çatdırılma: Bakı şəhəri mərkəzi ünvanlara pulsuz, digər ərazilər və regionlara ödənişli.