Prayk
Laborant (Azvul Zavodu) — Digər, Bakı
Kelishiladi

Laborant (Azvul Zavodu)

TekshirilganBugun
ShaharBakı
KategoriyaBoshqa

№6436798·Koʻrishlar: 9

Tavsif

Zavoda daxil olan süxurların və digər kimyəvi materialların fiziki-kimyəvi göstəricilərini analiz etməklə xammala giriş nəzarətini həyata keçirmək.İstehsal xəttinə verilən baklava məhlulunun konsentrasiyasını və temperaturunu, həmçinin sentrifuqadan keçən mineral liflərin orta diametrini və liflənməmiş hissəciklərin faizini mütəmadi olaraq ölçmək.Polimerləşmə kamerasından çıxan daş yunu qatının qalınlığını, sıxlığını və yapışqan paylanmasını yoxlamaqla istehsal prosesinə operativ nəzarət etmək.Hazır plitə və rulonların həndəsi ölçülərini, həcm çəkisini (kq/m³), sıxılma və layların qopmaya qarşı mexaniki möhkəmlik göstəricilərini EN 13162 və DÜİST standartlarına uyğun olaraq sınaqdan keçirmək.Məhsulun suudma qabiliyyətini, hidrofobluq dərəcəsini, istilikkeçirmə əmsalını (λ) və mufel sobasında yandırma üsulu ilə tərkibindəki üzvi bağlayıcı maddələrin miqdarını təyin etmək.Laboratoriya cihazlarının (sıxılma presi, mufel sobası, tərəzi, lambda-metr və s.) gündəlik sazlığını və kalibrlənməsini nəzarətdə saxlamaq.Sınaqlardan uğurla keçən məhsul partiyaları üzrə keyfiyyət pasportlarını tərtib etmək.Standartlardan kənarlaşma aşkar edildikdə dərhal rəhbərliyi məlumatlandırmaq və uyğunsuz məhsulların istehsal və dövriyyəyə buraxılmasının qarşısını almaq məqsədilə onların bloklanmasını təmin etmək. Tələblər: Təhsil: Ali (Kimya sahəsi üzrə);İş təcrübəsi: Sənaye müəssisələrində və ya istehsalat laboratoriyalarında (ən azı tikinti materialları, qrup zavodları və ya kimya sektorunda) minimum 1 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili səlis;Kompüter bilikləri: Ofis proqramları; İş şəraiti:İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).İş qrafiki: 6 gün, 6-cı gün qısa iş günü;İstirahət: Bazar günü. Biz nə təklif edirik:Əmək haqqı: Razılaşma yolu ilə;Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir. Vakansiya növü: Tam ştat Şirkət: Mətanət A Şirkətlər Qrupu Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-laborant-azvul-zavodu-54222607/apply
REKLAMA