Prayk
Landşaft xidmətləri sahəsi üzrə nəzarətçi — Dizayn, Bakı
Kelishiladi

Landşaft xidmətləri sahəsi üzrə nəzarətçi

TekshirilganKecha
ShaharBakı
KategoriyaDizayn

№6372232·Koʻrishlar: 9

Tavsif

PAŞA Property Management “Landşaft xidmətləri sahəsi üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Landşaft və yaşıllaşdırma işlərinin təsdiqlənmiş layihələrə, texniki çertyojlara və bitki siyahılarına uyğun icrasına nəzarət etmək.Torpaq hazırlığı, drenaj və suvarma sistemlərinin quraşdırılması, ağac və digər bitkilərin əkini üzrə işlərin keyfiyyətini yoxlamaq.Bitkilərin vəziyyətini qiymətləndirmək, suvarma, gübrələmə, budama, xəstəlik və zərərvericilərə qarşı tədbirlərin icrasını izləmək.Bir neçə layihə üzrə gündəlik sahə işlərini planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və sahə komandaları ilə podratçıların işini əlaqələndirmək.Aşkar olunan uyğunsuzluqları qeydə almaq, düzəliş tədbirləri təklif etmək və onların icrasını izləmək.Layihə nümayəndələri və müştərilərlə texniki məsələlər üzrə peşəkar ünsiyyət qurmaq.Görülən işlər üzrə hesabat hazırlamaq və qərar tələb edən məsələləri birbaşa rəhbərə təqdim etmək. Tələblər: Landşaft memarlığı, yaşıllaşdırma, aqronomiya, bağçılıq və ya əlaqəli sahə üzrə ali təhsil.Landşaft işlərinin icrası və ya yaşıllıq sahələrinin idarə olunması üzrə praktiki təcrübə.Sahənin xüsusiyyətlərini və layihə tələblərini nəzərə alaraq landşaft dizaynı təklifləri, eskizlər və bitkiləndirmə planları hazırlamaq bacarığı.AutoCAD və ya analoji proqramda texniki çertyojlar və icra detalları hazırlamaq, mövcud çertyojları oxumaq və yeniləmək bacarığı arzuolunandı.Sahədə ölçü götürmək, ölçüləri çertyoja köçürmək və bitki siyahısı hazırlamaq bacarığı.Bitki seçimi və qulluğu, torpaq hazırlığı, əkin, drenaj və suvarma üzrə praktiki bilik.Sahə işlərini planlaşdırmaq, işin keyfiyyətini qiymətləndirmək və MS Office proqramlarında hesabat hazırlamaq bacarığı.Şəhər daxilində müxtəlif layihələrə müntəzəm sahə səfərlərinə hazırlıq. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Supervayzer Şirkət: PASHA Property Management Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pashaproperty/pashaproperty-landsaft-xidmetleri-sahesi-uzre-nezaretci-12569381/apply
REKLAMA