Prayk

Layihə meneceri

Kelishiladi
TekshirilganKecha
ShaharBakı

№6382012·Koʻrishlar: 1

Tavsif

Əsas vəzifə öhdəlikləri Müxtəlif istiqamətlər üzrə layihələrin planlaşdırılması, təşkili və icrasına nəzarət; Layihələrin məqsəd, fəaliyyət planı, vaxt qrafiki və büdcəsinin hazırlanması; Layihə çərçivəsində tərəfdaşlar, sponsorlar, şirkətlər və digər maraqlı tərəflərlə əməkdaşlığın qurulması və koordinasiyası; Layihələrin gedişatının izlənilməsi, nəticələrin qiymətləndirilməsi və hesabatların hazırlanması; Forum, konfrans, seminar, master-klass, təqdimat və digər korporativ tədbirlərin konsepsiyasının hazırlanması və təşkili; Tədbirlərin planlaşdırılmasından icrasınadək bütün təşkilati proseslərin idarə olunması; Tədbir sonrası nəticələrin təhlili, iştirakçı rəylərinin toplanması və yekun hesabatın hazırlanması. Namizədə tələblər Ali təhsil; Layihələrin idarə olunması və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi; Event management və tədbir koordinasiyası üzrə praktiki bilik və bacarıqlar; Tərəfdaşlar, şirkətlər, təchizatçılar və müxtəlif auditoriyalarla effektiv kommunikasiya qurmaq bacarığı; Güclü təşkilatçılıq, koordinasiya və komanda idarəetmə bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Operativ qərarvermə, problem həll etmə və multitasking bacarığı; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. Üstünlük hesab olunur Təhsil, biznes və korporativ layihələrdə təcrübə; Sponsorluq və tərəfdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə; Dövlət və özəl sektor layihələrinin idarə olunması; Layihə idarəetmə alətləri və metodologiyaları üzrə biliklər. Biz nə təklif edirik? Dinamik və peşəkar komandada çalışma imkanı; Müxtəlif miqyaslı layihə və tədbirlərdə iştirak; Peşəkar inkişaf və yeni təcrübələr qazanmaq imkanı; Müraciət üçün CV-nizi mövzu hissəsində “Layihə meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208803/layihe-meneceri
REKLAMA