Prayk

Layihə rəhbəri

3 500 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№2154355

Tavsif

· İş yeri: Xətai ray,Babək pr 64D · PMP sertifikatı olan əməkdaşlara üstünlük verilir. · Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla, razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirilməsi · Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi · Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsi · Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi · Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi · Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi · Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi · Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət · Smeta sənədlərinin uçotunun aparılması, smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi · Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi · Tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üsulları, hazırlanmaqda olan layihələrin keyfiyyətinin qiymətləndirilməsi · Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi · Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi. Əmək haqqı: 2500-3500 AZN
REKLAMA