
Bakı4
Logistika Departament Direktoru

Kelishiladi
Logistika Departament Direktoru
TekshirilganBugun
ShaharBakı
Sana
Koʻrishlar4
Raqam№4889202
Tavsif
Şirkətin logistika strategiyasını hazırlamaq, daxili və beynəlxalq daşınmaların effektiv idarə edilməsini təmin etmək;Xammal, avadanlıq və hazır məhsulların daşınma proseslərini planlaşdırmaq, təşkil etmək və icrasına nəzarət etmək:Zavodlar, anbarlar və distribütorlar arasında məhsulların vaxtında və optimal xərclərlə çatdırılmasını təmin etmək;Logistika xərclərini təhlil etmək, daşınma tariflərini optimallaşdırmaq və xərclərin azaldılması istiqamətində tədbirlər həyata keçirmək;Beynəlxalq yükdaşımaları, idxal-ixrac əməliyatlarını, gömrük rəsmiləşdirilməsi və tranzit proseslərini koordinasiya etmək;Nəqliyyat şirkətləri, ekspeditorlar və digər logistika tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, tarif danışıqlarını və müqavilə şərtlərini koordinasiya etmək;Şirkətin öz nəqliyyat vasitələrinin və cəlb olunmuş daşıyıcıların səmərəli istifadəsini təmin etmək;Daşınma marşrutlarını, nəqliyyat vasitələrinin yüklənmə səviyyəsini və çatdırılma qrafiklərini optimallaşdırmaq;İstehsalat, satış, satınalma, planlama və anbar şöbələri ilə logistika proseslərinin koordinasiyasını təmin etmək;Distribütor sifarişlərinin vaxtında vaxtında və tam həcmdə çatdırılmasını təşkil etmək, çatdırılma keyfiyyətinə nəzarət etmək;Zavod və anbarlarda yükləmə-boşaltma proseslərinin effektivliyini artırmaq, nəqliyyat vasitlərinin gözləmə müddətlərini minimuma endirmək;Logistika departamentinin illik büdcəsini hazırlamaq, xərclərin büdcəyə uyğunluğunu izləmək və kənarlaşmaları təhlil etmək;Logistika üzrə KPI göstəricilərini müəyyən etmək və onların icrasına nəzarət etmək (daşınma xərci/ton, vaxtında çatdırılma, nəqliyyat vasitələrinin doluluğu, gözləmə müddəti və s.);SAP ERP və digər logistika idarəetmə sistemlərinin tətbiqində iştirak etmək, proseslərin rəqəmsallaşdırılmasını və avtomatlaşdırılmasını təmin etmək;Daşınmalar zamanı yaranan gecikmələri, zədələnmələri, əlavə xərcləri və digər əməliyyat risklərini təhlil etmək, qabaqlayıcı tədbirlər görmək;Nəqliyyat və logistika əməliyyatlarının müvafiq qanunvericilik, təhlükəsizlik və daxili prosedurlara uyğun həyata keçirilməsini təmin etmək;Logistika departamentinin strukturunu, iş bölgüsünü və əməkdaşların fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək;Logistika proseslərinin səmərəliliyini artırmaq məqsədilə yeni həllər hazırlamaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Vakansiya növü: Tam ştat
Şirkət: Mətanət A Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-logistika-departament-direktoru-57820428/apply
REKLAMA










