Prayk

Logistika üzrə mütəxəssis

1 500 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
5
Raqam
№3103112

Tavsif

Vakansiya: Müəssisə daxili Logistika üzrə mütəxəssis: "FABRİORA GROUP" MMC Şirkət haqqında "FABRİORA GROUP" MMC ölkəmizdə müasir texnologiyalar əsasında "PREDO" və "MİNİ BOSS" markalı uşaq bezləri, "LA LUNA" markalı mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz və maye yuyucu vasitələr, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir. İş şəraiti və təkliflərimiz Əməkhaqqı: İlkin 1000 - 1500 AZN Nett İş rejimi: Növbəli iş rejimi / 6 günlük iş həftəsi, İş saatı: 08:00 – 16:00 Qidalanma: Nahar şirkət tərəfindən verilir Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi Sabit, uzunmüddətli və perspektivli iş mühiti İş yerinin ünvanı: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25 Müraciət qaydası Tələblərə cavab verən namizədlər CV-lərini təqdim olunan elektron poçt ünvanına göndərə, zəng edə və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər. E-poçt: Əlaqə nömrəsi / WhatsApp: 077 223 10 11 (Rövşən Kərimov) Mövzu hissəsi: E-poçt vasitəsilə müraciət edərkən məktubun mövzu yerində “Logistika üzrə mütəxəssis" qeyd olunması mütləqdir. Ali təhsil (Texniki və ya İqtisadi sahələr üzrə olması arzuolunandır); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; MS Office, xüsusilə MS Excel proqramında sərbəst işləmək bacarığı; Incoterms qaydaları və beynəlxalq daşımaçılıq sahəsində biliklər; Coğrafi biliklər və korporativ yazışma/danışıq vərdişləri; Analitik düşüncə, detallara diqqət yetirmək və operativ problem həlletmə bacarığı. Aidiyyəti şöbələrdən daxil olan məlumatlar əsasında daşınacaq yüklərin siyahısını tərtib etmək; Yükə aid məlumatları toplamaq, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatını aparmaq; Hazır məhsulların TIR-lara və böyüktonnajlı nəqliyyat vasitələrinə təhlükəsizlik və standartlara uyğun şəkildə yüklənməsi və boşaldılması prosesinə birbaşa nəzarət etmək; Yükləmə-boşaltma zamanı məhsul sayının, qablaşdırma bütövlüyünün və müşayiətedici sənədlərlə (qaimə, spesifikasiya və s.) uyğunluğunun yoxlanılmasını təmin etmək; Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatları almaq, müşayiətedici sənədləri toplamaq, düzgünlüyünü yoxlamaq və arxivləşdirmək; Daxili yük maşınlarının hərəkətinə nəzarət etmək, malların düzgün yüklənməsini təmin etmək və tələb olunduqda ezamiyyətə göndərilməsini təşkil etmək; Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri vaxtında və tam həcmdə toplayaraq cavabdeh əməkdaşlara təqdim etmək; Sifarişçi, təchizatçı, daşıyıcı və digər əlaqəli tərəflərlə korporativ yazışmalar, telefon və videozəng vasitəsilə danışıqlar aparmaq; Daşınmanın maneəsiz həyata keçirilməsi üçün lazımi sənədləri hazırlayıb aidiyyəti tərəfə təqdim etmək; Digər şöbələrdən və proses iştirakçılarından daxil olan sorğuları cavablandırmaq; Yük yolda olduğu müddətdə daşınma prosesini izləmək və yenilənmiş məlumatlar əsasında qeydiyyat cədvəllərinə düzəlişlər etmək; Təchizatçılar, müştərilər və nəqliyyat şirkətləri ilə əlaqələrin qurulması; Rəhbərliyin tapşırığı ilə işə aid digər əməliyyatları icra etmək və hesabatlar hazırlamaq. Əmək haqqı: 1100-1500 AZN

Eʼlon manbai

Asl eʼlonni ochish

© "FABRİORA GROUP" MMC azjob.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp