
6
Mağaza rəhbəri
Mağaza rəhbəri
1 200 ₼
Tekshirilgan2 hafta oldin
Sana
Koʻrishlar6
Raqam№3370256
Tavsif
Biz sadəcə mağaza meneceri axtarışında deyilik...
Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz, dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni filialların açılışıdır.
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.
Hansı işləri görəcəksiniz:
Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;
Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Hansı super gücləriniz olmalıdır:
Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 3 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir
Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır
Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.
Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.
Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.
Biz sizə nələr təklif edirik:
6 günlük növbəli qrafikdə iş rejimi;
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı;
Satış sahəsində nailiyyətlərə görə bonuslar.
Fix 900 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1200 – 2000 Azn)
Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mağaza rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Maaş: 1200 AZN
Son müraciət tarixi: 28.10.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Prime Accessories Mağazalar Şəbəkəsi jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA






