Prayk

Marketinq meneceri

Kelishiladi
TekshirilganKecha

№6433108·Koʻrishlar: 7

Tavsif

Namizədə olan tələblər: Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.); Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi(Avtomobil sahəsində təcrübə üstünlükdür); Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə; Rəqəmsal Marketinq alətləri üzrə bilik; Meta, Google, Tiktok, SEO və digər platformalarda işləmək bacarığı olmalı; Instagram, Facebook, TikTok, YouTube və digər sosial media platformalarının idarə olunması üzrə təcrübə; Kontent strategiyasının hazırlanması və kontent planının idarə edilməsi; Foto, video və reklam kontentinin hazırlanması prosesini düzgün yönləndirmək bacarığı; Azərbaycan və ingilis dillərini səlis bilməli(rus dili biliyi üstünlükdür); Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli. Vəzifə öhdəlikləri: Şirkətin və təmsil etdiyi avtomobil markalarının illik və aylıq marketinq strategiyasını hazırlamaq və icra etmək; Marketinq planını satış hədəfləri ilə əlaqələndirmək; Yeni model və avtomobillərin bazara çıxarılması üçün launch kampaniyaları hazırlamaq və idarə etmək; Sosial media kanalları üçün aylıq və həftəlik kontent planı hazırlamaq; Reklam kampaniyalarını Meta, Google və digər platformalarda planlaşdırmaq və idarə etmək; Reklam kampaniyalarının nəticələrini analiz etmək və optimallaşdırmaq; Lead generation kampaniyaları hazırlamaq və satış komandası ilə koordinasiya etmək; Marketinq kampaniyalarından əldə olunan lead-lərin CRM-ə düzgün ötürülməsinə və izlənilməsinə nəzarət etmək; Satış komandası ilə birlikdə satış kampaniyaları, xüsusi təkliflər və promo aksiyalar hazırlamaq. Test-drive, showroom, korporativ satış və digər satış aktivlikləri üçün marketinq dəstəyi təmin etmək; Yeni avtomobil modelləri üçün məhsul kommunikasiya strategiyası hazırlamaq; Rəqiblərin qiymətlərini, kampaniyalarını, kommunikasiya strategiyalarını və bazardakı fəaliyyətlərini izləmək. ; Avtomobil bazarı üzrə mütəmadi marketinq və rəqib analizləri hazırlamaq; Müştəri seqmentlərini və onların davranışlarını analiz etmək; Brendin sosial media hesablarının inkişafını və brend standartlarına uyğun idarə olunmasını təmin etmək; Influencer, media və digər kommunikasiya tərəfdaşları ilə əməkdaşlıqları təşkil etmək; PR, media və tədbir layihələrini planlaşdırmaq və həyata keçirmək; Avtomobil təqdimatları, test-drive tədbirləri, sərgilər və digər brend tədbirlərinin təşkilində iştirak etmək; Marketinq agentlikləri, media qurumları, influencerlər, foto/video komandaları və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək; Marketinq büdcəsini hazırlamaq, bölüşdürmək və xərclərə nəzarət etmək; Marketinq fəaliyyətlərinin ROI, CPL, CPA, reach, engagement, lead və satış nəticələrini analiz etmək; Rəhbərliyə mütəmadi marketinq hesabatları təqdim etmək; Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirini ölçmək; Brendin bazardakı mövqeyinin və tanınmasının artırılması üçün yeni ideyalar və layihələr hazırlamaq. İş şərtlərimiz: İş saatları: 09:00-18:00. İş yeri: Üzeyir Hacibəyli küç 57C. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri və ya https://careers.ram.az/?vacancy=2594&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 27.12.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© İMotors jobsearch.az · Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA