
Bakı13
Marketinq Mütəxəssisi
Marketinq Mütəxəssisi
800 ₼
Tekshirilgan2 kun oldin
ShaharBakı
Sana
Koʻrishlar13
Raqam№4217617
Tavsif
Əsas vəzifə öhdəlikləri:
Restoranlarda keçirilən banket və tədbirlər üzrə müştəri rəylərinin toplanması, xidmət keyfiyyətinin araşdırılması və hesabatların hazırlanması
Wolt və Bolt platformalarında restoran məlumatlarının, qiymətlərin, məhsulların və vizual materialların yoxlanılması və yenilənməsi
Restoranların QR menyularında qiymət, məhsul tərkibi, şəkil, dil və digər məlumatların düzgünlüyünün yoxlanılması
Restoranlar üçün mövsüm və xüsusi günlərə uyğun fon musiqilərinin hazırlanması və koordinasiyası
Mövcud müştəri məlumatları əsasında müştəri bazasının yaradılması və mütəmadi yenilənməsi
Mikro və makro influencerlər üzrə məlumat və qiymət bazasının formalaşdırılması
Şəhərdaxili monitorlar, outdoor reklam qurğuları, ticarət mərkəzləri və digər reklam sahələri üzrə araşdırmaların aparılması, qiymət təkliflərinin toplanması
Outdoor reklamlar üçün dizaynerlərə düzgün və ətraflı brief verilməsi
Restoranlardan daxil olan çap materialları üzrə sifarişlərin koordinasiyası, hazırlanmış materialların yoxlanılması və qeydiyyatının aparılması
Şirkətlər üçün korporativ əməkdaşlıq təkliflərinin hazırlanması, e-mail vasitəsilə göndərilməsi və yazışmaların həyata keçirilməsi
Restoranların YouTube kanallarının idarə olunması və video kontentlərin yerləşdirilməsi
Tripadvisor hesablarının mütəmadi yoxlanılması və məlumatların yenilənməsi
Restoranların Google Maps, Instagram, Bolt, Uber, Yango, Waze və digər xəritə platformalarında ünvan və məlumatlarının düzgünlüyünün yoxlanılması
Websayt-da həftəlik tədbir məlumatlarının yerləşdirilməsi və sayt üzrə müvafiq yeniliklərin edilməsi
Restoranlara aid marketinq materiallarının vahid bazada sistemli şəkildə saxlanılması və yenilənməsi
Foto, video, dizayn, motion, QR menyu, çatdırılma platformaları və digər marketinq məlumatlarının sistemləşdirilməsi
Rəqiblərin mütəmadi izlənilməsi və rəqib analizlərinin hazırlanması
Ölkədə keçirilən böyük tədbirlər, sərgilər, yarışlar və beynəlxalq layihələrin araşdırılması, uyğun marketinq təkliflərinin hazırlanması
Azərbaycanda fəaliyyət göstərən restoranlar üzrə ərazi, sosial media və digər məlumatları əhatə edən məlumat bazasının hazırlanması
Namizədə tələblər:
Marketinq sahəsində təcrübə arzuolunandır
Araşdırma və məlumat toplama bacarığı
MS Excel və Google Sheets ilə işləmə bacarığı
Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı
Sosial media və rəqəmsal platformalar haqqında anlayış
Google Maps, Tripadvisor, YouTube, Wolt, Bolt və oxşar platformalarla işləmək bacarığı üstünlükdür
E-mail yazışmaları və korporativ kommunikasiya bacarığı
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
Rus və ingilis dili biliyi üstünlükdür
Diqqətli, məsuliyyətli və operativ olmaq
Eyni anda bir neçə layihəni idarə edə bilmək
Komanda ilə işləmə və koordinasiya bacarığı
Biz nə təklif edirik?
Böyük və müxtəlif restoran brendləri ilə işləmək imkanı
Marketinqin həm rəqəmsal, həm də ənənəvi istiqamətlərində praktiki təcrübə
Peşəkar marketinq və kreativ komanda ilə işləmək imkanı
İnkişaf və karyera perspektivi
Stabil və dinamik iş mühiti
İş şəraiti
İş yeri: Ofis
İş saatları: 09:00-18:00 / həftə içi 5 gün
Əmək haqqı: 800 AZN
Tam Ştat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197518/marketinq-mutexessisi
Oʻxshash eʼlonlar














