
Bakı3
Məlumat xidmətləri üzrə assistent (Maternity cover)

Kelishiladi
Məlumat xidmətləri üzrə assistent (Maternity cover)
TekshirilganBugun
ShaharBakı
Sana
Koʻrishlar3
Raqam№5502285
Tavsif
Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək;Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək;Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək; Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq. Həmçinin tədbirlər zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq;Qonaqlarla üz-üzə, telefon və electron poçt vasitəsi ilə təmasda olmaq; Qonaqların sorğularına vaxtı-vaxtında cavab vermək;Qonaqların şikayətlərini həll etmək;Qonaqların sorğularını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq;Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək;Sorğular, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək;Daxili şöbələrlə təmasda olmaq;Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək; Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.).
Tələblər:
Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarığı;Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiyyət qurmaq bacarığı;Güclü iş etikası;Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq;MS Office proqramları ilə işləyə bilmək;Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və güclü təşkilatçılıq bacarıqları;Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı;Detallara diqqət və problemləri həll etmək bacarığı;Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı;Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları;İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək.
Vakansiya növü: Müvəqqəti
Vəzifə səviyyəsi: Gənc mütəxəssis
Şirkət: Pasha Malls
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/pashamalls/pashamalls-melumat-xidmetleri-uzre-assistent-maternity-cover-66766461/apply
REKLAMA






