Prayk
Məlumatların Təhlili üzrə Mütəxəssis (Data Scientist) — İT, telekommunikasiya
Kelishiladi

Məlumatların Təhlili üzrə Mütəxəssis (Data Scientist)

OriginalBugun
Sana
Koʻrishlar
5
Raqam
№5678622

Tavsif

Təsvir Biznes problemlərinin həlli məqsədilə müxtəlif məlumat mənbələrindən məlumatların toplanması, təhlili və modelləşdirilməsini həyata keçirmək; Məlumatlar üzərində statistik təhlil və Exploratory Data Analysis (EDA) aparmaq, əsas tendensiyaları, əlaqələri və qanunauyğunluqları müəyyən etmək; Proqnozlaşdırıcı və təsnifat modelləri daxil olmaqla, Machine Learning modellərini hazırlamaq, öyrətmək və optimallaşdırmaq; Modellərin qurulması üçün məlumatları hazırlamaq, təmizləmək, transformasiya etmək və yeni xüsusiyyətlər (Features) yaratmaq; Müxtəlif modelləri və alqoritmləri qiymətləndirmək, uyğun metodologiyanı seçmək və modellərin dəqiqliyini müvafiq metrikalar əsasında ölçmək; Hazırlanmış modellərin nəticələrini biznes məqsədləri və tələbləri baxımından təhlil etmək, nəticələri maraqlı tərəflərə aydın şəkildə təqdim etmək; Model nəticələrini interpretasiya etmək, əsas nəticə və təsiredici faktorları müəyyənləşdirmək; Data Science həllərinin Production mühitinə inteqrasiyası və tətbiqi prosesində Data Engineering, IT və biznes komandaları ilə əməkdaşlıq etmək; Tətbiq edilmiş modellərin performansını və nəticələrini monitorinq etmək, modelin dəqiqliyində və məlumatlarda baş verən dəyişiklikləri müəyyənləşdirmək, zəruri hallarda modellərin yenilənməsində iştirak etmək; Data Science layihələrinin nəticələrini, istifadə olunan metodologiyaları və modelləri sənədləşdirmək; Yeni analitik metodları, Machine Learning alqoritmlərini və texnologiyalarını araşdırmaq, onların biznes ehtiyaclarına uyğun tətbiqində iştirak etmək. Tələblər Müvafiq sahə üzrə bakalavr təhsili; Data Science, Data Analytics, Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi; Python proqramlaşdırma dili üzrə biliklər və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı; SQL üzrə biliklər; Machine Learning alqoritmləri və onların tətbiqi üzrə biliklər; Statistik analiz və məlumatların modelləşdirilməsi üzrə biliklər; EDA, məlumatların təmizlənməsi və transformasiyası üzrə bilik və təcrübə; Proqnozlaşdırıcı və təsnifat modellərinin hazırlanması, qiymətləndirilməsi və optimallaşdırılması bacarığı; MS Office proqramları ilə işləmək bacarığı; Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək; Analitik düşünmə və problem həll etmə bacarığı; Qərarvermə, ünsiyyət və təqdimat bacarıqları; Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı. İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı. İş şəraiti: 5 günlük Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 06.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/azerbaijan-airlines-melumatlarin-tehlili-uzre-mutexessis-data-scientist-155725
REKLAMA