
8
Memar – Layihələndirmə üzrə mütəxəssis

Kelishiladi
Memar – Layihələndirmə üzrə mütəxəssis
TekshirilganBugun
Sana
Koʻrishlar8
Raqam№5895482
Tavsif
İş yeri: Bakı
Shaurma N1 komandamıza qoşulmaq üçün AutoCAD proqramı üzrə biliklərə, güclü estetik zövqə və məkan planlaşdırılması bacarığına malik Memar – Layihələndirmə üzrə mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri
Obyektlərə yerində baxış keçirərək ölçülərin götürülməsi;
Götürülmüş ölçülərin əl eskizi və plan üzərində düzgün qeyd edilməsi;
Ölçülərin AutoCAD proqramında dəqiq plan və texniki çertyoj formasına salınması;
Mövcud obyektlərin planlarının hazırlanaraq layihələndirmə şöbəsinə təqdim edilməsi;
Kafe və restoranların real ölçülərinə uyğun layihələndirilməsi;
Restoranların funksional planlaşdırılması, mebel və avadanlıqların yerləşiminin işlənilməsi;
Layihələr üzrə zəruri düzəlişlərin və yenilənmələrin aparılması;
Layihələrin təqdimat və sonrakı icra mərhələsinə hazırlanması.
Namizədə dair tələblər
Mütləq tələblər:
AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
Obyektlərdə ölçü götürmək və ölçüləri düzgün şəkildə layihəyə köçürmək bacarığı;
Plan və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
Məkanın funksional və düzgün planlaşdırılması üzrə biliklər;
Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
Microsoft Word və digər ofis proqramları üzrə ümumi biliklər.
Üstünlük hesab olunur:
SketchUp proqramında işləmək bacarığı;
5D Render proqramlarında işləmək bacarığı;
Lumion proqramını bilmək;
3D modelləşdirmə və vizuallaşdırma üzrə ilkin və ya orta səviyyədə təcrübə.
Namizəddən gözləntilər
Güclü estetik zövq və dizayn düşüncəsi;
Rəng seçimi və rənglərin uyğunlaşdırılması qabiliyyəti;
Məkanın imkanlarını düzgün qiymətləndirmək bacarığı;
Detallara qarşı diqqətli və dəqiq olmaq;
Ölçülərdə və texniki çertyojlarda səhvsiz işləməyə həssas yanaşmaq;
Verilən tapşırıqları müstəqil araşdırmaq və nəticəyə çatdırmaq bacarığı;
Komanda ilə işləmək və layihələr üzrə düzəlişləri operativ tətbiq etmək;
Obyektlərə yerində baxış keçirmək və ölçü götürmək üçün səfərlərə hazır olmaq.
İş prosesinin əsas mərhələləri
Obyektə yerində baxış → Ölçülərin götürülməsi → Əl eskizi → AutoCAD planı → Layihənin hazırlanması və məkanın funksional planlaşdırılması → Konseptin obyektin real ölçülərinə uyğunlaşdırılması → Təqdimat → Düzəlişlər → Yekun layihə
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və mövcud olduğu halda hazırladıqları layihə portfoliolarını mövzu hissəsində “Memar – Layihələndirmə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: AutoCAD proqramı üzrə biliklər əsas və mütləq tələbdir. SketchUp, 5D Render və Lumion proqramlarını bilmək namizəd üçün əlavə üstünlük hesab olunur.
Shaurma N1 komandasında karyera imkanına qoşulun!
Son müraciət tarixi: 12.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/shaurma-n1-memar-layihelendirme-uzre-mutexessis-156011
REKLAMA














