Mercedes-Benz GL350 Bluetec (Dizel) – Tam Full Komplektasiya
Avtomobil çox səliqəli istifadə olunub və ideal texniki vəziyyətdədir. Tam full komplektasiyadır və bu model üçün mövcud olan ən zəngin avadanlıqlarla təchiz edilib. Texpasport ili – 2015.
Orijinal yürüşü 132.000 km-dir. 2015-ci il buraxılışı olan bu model üçün belə yürüş çox nadir hallarda rast gəlinir. Yürüşü istənilən servisdə yoxlatdırmaq mümkündür.
Mühərrik çox ekonom və güclüdür, sürətlər qutusu isə tam problemsiz və səlis işləyir. Avtomobil gündəlik sürüş üçün çox komfortlu və etibarlıdır.Avtomobil vaxtında və yalnız keyfiyyətli ehtiyat hissələri ilə servis olunub. Salon çox təmiz saxlanılıb, siqaret çəkilməyib. Xarici görünüşü çox baxımlıdır və öz sinfində seçilən avtomobillərdəndir.
Real alıcı ilə yerində danışıq mümkündür.
Komplektasiya:
Antiblikli ön şüşə
Premium keyfiyyətli dəri salon
Panorama dam şüşə lyuk
Ön və arxa oturacaqların isidilməsi
Ön oturacaqların soyudulması
Elektrik tənzimlənən oturacaqlar (yaddaş funksiyası ilə)
Böyük sensor ekran və naviqasiya sistemi
360° görüntü kamerası + park radarı
Distronic (adaptiv kruiz kontrol)
4 zonalı iqlim kontrol sistemi
Keyless Go (açarız giriş)
Harman Kardon premium səs sistem
LED və avtomatik faralar
Elektrik baqaj qapağı
Sükanın isidilməsi və mebel (ağac) sükan
Yağış və işıq sensorları
Orijinal yüngül lehimli disklər