
1
Mətbəə və çap işləri üzrə texnik
Mətbəə və çap işləri üzrə texnik
Kelishiladi
TekshirilganKecha
Sana
Koʻrishlar1
Raqam№4243555
Tavsif
Vəzifə öhdəlikləri:
AutoCAD, ArchiCAD, Adobe Photoshop və digər layihələndirmə proqramlarında hazırlanmış sənədlərin redaktə edilməsi, çapa hazırlanması və çap prosesinin həyata keçirilməsi;
Çap avadanlıqlarının iş prinsipləri və texniki xüsusiyyətləri barədə məlumatlı olmaq;
Çap avadanlıqlarının, qurğularının və alətlərinin texniki vəziyyətini və istismara yararlılığını yoxlamaq;
Çap prosesinə, çap keyfiyyətinə və rəng uyğunluğuna nəzarət etmək;
Çapa təqdim olunan sənədlərin, qrafik materialların və digər çap fayllarının tamlığını, formatını və keyfiyyətini yoxlamaq;
Tapşırıqları müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətli şəkildə yerinə yetirmək.
Namizədə dair tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (poliqrafiya və çap sahəsində təcrübəyə üstünlük verilir);
AutoCAD, ArchiCAD, Adobe Photoshop və Microsoft Office proqramlarında işləmək bacarığı;
Çap avadanlıqları haqqında biliklər;
Komandada işləmək və işgüzar ünsiyyət bacarığı;
Məsuliyyətlilik, dəqiqlik, operativlik və təşəbbüskarlıq;
Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı.
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00-18:00;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək;
İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Vakansiyaya uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 09.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/azermemarlayihe-dovlet-bas-layihe-institutu-metbee-ve-cap-isleri-uzre-texnik-153402
Oʻxshash eʼlonlar









Kelishiladi
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026





