
3
Mexaniki Layihələr üzrə Mühəndis
Mexaniki Layihələr üzrə Mühəndis
Kelishiladi
TekshirilganBugun
Sana
Koʻrishlar3
Raqam№6148516
Tavsif
Hazırda şirkətimizə Mexaniki Layihələr üzrə Mühəndis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
Mexanika mühəndisliyi üzrə ali təhsil;
Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi;
Layihələrin idarə edilməsi sahəsində təcrübə;
AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları;
Layihə idarəetmə proqramlarında istifadə bacarıqları;
Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları;
Yüksək səviyyədə ingilis dili biliyi;
Müvafiq mühəndislik standartları və kodları üzrə biliklər;
Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı;
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Layihə planlarını hazırlamaqda və layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq;
Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək;
Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək;
Detallı layihə planlarını hazırlamaq və
İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək;
Dizayn və ya tətbiqin mümkünlüyünü müəyyən etmək üçün müştəri dizayn təklifləri, spesifikasiyalar və təlimatlar kimi məlumatları araşdırmaq və təhlil etmək;
Quraşdırmaların və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək;
İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını qurmaq üçün detallı hesablamalar aparmaq;
Layihənin əhatə dairəsi, müddəti və büdcəsi daxil olmaqla detallı layihə planını hazırlamaq;
Mexaniki mühəndislik layihələrində planlaşdırılmasına və konseptual dizaynına rəhbərlik etmək;
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 03.12.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Norm OJSC jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA












