Prayk

Mikrobioloq tələb olunur

700 ₼
Tekshirilgan2 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
3
Raqam
№3167312

Tavsif

Əsas vəzifə öhdəlikləri: • Müəssisənin bölmələrində və anbarlarında xammalın, yarımfabrikatın, hazır məhsulun saxlanımasının düzgünlüyünə, həmçinin istehsal prosesinin bütün mərhələlərinə nəzarətin təmin edilməsi • Xammal, qablaşdırma materiallarında, yarımfabrikatlarda və hazır məhsullarda mikrobioloji analizlərin həyata keçirilməsi; • Avadanlıqların sanitar vəziyyətinə nəzarətin, iş yerində sanitar-gigiyenik qaydalara riayət edilməsi üzrə yoxlamaların və mikrobioloji analizlərin aparılması; • Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması; • Analiz nəticələrinin təhlili, sənədləşdirilməsi və hesabatların təqdim edilməsi; • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Dövlət tərəfindən qoyulan sanitar-gigiyena, HACCP, İSO 9001, İSO 22000 və İSO 17025 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsi. Tələblər: • Ali təhsil (Qida mühəndisliyi, Biologiya sahəsində); • Tələb olunan vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi (qida mikrobiologiyası üzrə arzuolunandır); • İSO 17025 tələblərinə uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı; • Laboratoriya analizlərinin aparılması. İş şəraiti: • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; • İş qrafiki:6 gün • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir • Nahar şirkət tərəfindən verilir • Bakı şəh., Binəqədi yolu 100
REKLAMA