
Bakı2
Monitorinq və Texniki Dəstək Mütəxəssisi

Kelishiladi
Monitorinq və Texniki Dəstək Mütəxəssisi
Tekshirilgan1 hafta oldin
ShaharBakı
Sana
Koʻrishlar2
Raqam№4616259
Tavsif
Əsas gözləntimiz sistemlərin fasiləsiz işləməsinə nəzarət etmək, yaranan problemlərə operativ reaksiya vermək və texniki komanda ilə kommunikasiya etmək. • Proaktiv monitorinq: Monitorinq alətləri (monitoring tools) vasitəsilə sistemlərin, ödəniş kanallarının və funksionallığın daimi izlənilməsi. • İnsidentlərin idarə edilməsi: - Xəta baş verdikdə ilkin araşdırmanın aparılması - Problemin kritikliyini təyin etmək • Müştəri dəstəyi və kommunikasiya: Müştərilərdən gələn sorğuların (zəng, mesaj, email) qəbulu, ilk cavabın verilməsi və həll edilməsi. • Manual testlər: Sistem yenilənmələri və ya şübhəli hallar zamanı tətbiqləri (app) və veb-interfeysləri bir istifadəçi kimi yoxlamaq/test etmək. • İzləmə (Follow-up): Qeydə alınan problemlərin həll olunana qədər təqib edilməsi, müştəriyə status barədə məlumat verilməsi.
Tələblər:
IT sahəsində ümumi anlayış və ya təhsil (Computer Science, IT management və s.).Android/IOS əməliyyat sistemlərində istifadəçi səviyyəsində dərin bilik (tətbiqləri test etmək üçün).Sorğu/tapşırıq idarəetmə sistemləri (Jira, Helpdesk və s.) ilə işləmək təcrübəsi (üstünlükdür).SQL sorğuları barədə baza biliklər (üstünlükdür).Məsuliyyət: Gecə növbəsində müstəqil qərar verə bilmək bacarığı.Problem həll etmə bacarığı (Problem-solving): Emosiyaya yox, həll yoluna fokuslanmaq.Kritik düşünmə (Critical thinking): Vəziyyəti obyektiv qiymətləndirmək, tələsik və emosional qərarlardan qaçmaq.Analitik düşüncə: Problemin kökünü tez tapmaq və düzgün şəxsə yönəltmək bacarığı.
Dil bilikləri:
Azərbaycan dili – Səlis (yazılı və şifahi).Rus dili – Yaxşı səviyyədə (üstünlükdür).İngilis dili – Texniki sənədləri və xətaları oxuya biləcək səviyyədə.
Vakansiya növü: Tam ştat
Şirkət: MSolution
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/msolution/msolution-monitorinq-ve-texniki-destek-mutexessisi-17916802/apply
REKLAMA











