Prayk

Mühasib

Kelishiladi
Tekshirilgan3 hafta oldin
Kategoriya
Moliya
Sana
Koʻrishlar
1
Raqam
№3027808

Tavsif

Namizədə dair tələblər: Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat); Mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi; Vergi və əmək qanunvericiliyi üzrə biliklər; MS Excel proqramını yaxşı səviyyədə bilmək; Mühasibat proqramları ilə iş bacarığı (LOGO proqramı ilə iş təcrübəsi üstünlük hesab olunur); E-taxes (vergi portalı),e-custom və internet-bankçılıqla başlanğıc səviyyəsində iş bacarığı; Diqqətlilik, məsuliyyət, analitik düşüncə və ünsiyyət bacarığı. Vəzifələr: Bank hesablarına mədaxil və məxaric olunan bütün əməliyyatları bank çıxarışları əsasında vaxtında mühasibat proqramında (LOGO) qeydiyyata almaq; Proqramdakı bank qalıqlarını bank çıxarışı ilə müntəzəm olaraq tutuşdurmaq və fərqləri aşkar edib aradan qaldırmaq. POS terminallar vasitəsilə daxil olan məbləğləri sistemdə işləmək; Terminal hesabatlarını, bank daxilolmalarını və kassa (satış) məlumatlarını tutuşdurmaq; Bank komissiyalarını düzgün uçota almaq; Pərakəndə satış məbləğlərinin tam və düzgün əks olunmasına nəzarət etmək. ƏDV depozit hesabına mədaxil və məxaric olunan əməliyyatları mühasibat proqramında (LOGO və ya digər) qeydiyyata almaq; ƏDV depozit hesabının qalığını e-qaimələr və vergi orqanının məlumatları ilə tutuşdurmaq. Gömrük avans hesabı üzrə köçürmələri və gömrük rüsumlarının silinməsini sistemdə işləmək; Gömrük bəyannamələri əsasında hesablanmış ödənişləri uçota almaq; Hesabın qalığına nəzarət etmək və qalıq azaldıqda rəhbərliyə vaxtında məlumat vermək. Aylıq əmək haqqı cədvəlini hazırlamaq və təsdiqdən sonra ödəniş üçün ödənilməsi üçün göndərmək; İşçilərə verilən avans ödənişlərini qeydiyyatını aparmaq; Hesablanmış əmək haqqını və ondan tutulmaları (gəlir vergisi, DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta) xərc kimi tanımaq; Ay sonunda əmək haqqı hesablamalarının yoxlanılması və hesabatı təqdim etmək; Çalışanların qalıq və nəticələrinə (qalıq, borc, avans) nəzarət etmək. Müştərilərdən daxil olan ödənişləri daxil etmək və düzgünlüyünü yoxlamaq; Müştərilərlə hesablaşmaların üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək Vaxtı keçmiş borclar barədə Maliyyə Menecerinə məlumat vermək. Şirkət tərəfindən: Peşəkar inkişaf və öyrənmə imkanı; Karyera yüksəlişi; Peşəkar və dinamik iş mühiti; Əmək müqaviləsi; İş şəraiti İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 24.10.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Superfon jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA